BMT Baş katibi Antoniu Quterriş təşkilatın 2018-ci il üçün fəaliyyətinin 12 əsas istiqamətini açıqlayıb.
"Report" xəbər verir ki, A.Quterriş Baş Assambleya üzvlərinə müraciətində baş katib vəzifəsində işlədiyi il ərzində bəşəriyyətin sülhə doğru addım atmadığını xatırladıb.
Onun sözlərinə görə, üzərində məşğul olmaq lazım gələcək əsas problemlər Yaxın Şərqdəki münaqişələrin və Avropadakı "dondurulmuş" münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin həlli, eləcə də Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsidir.
A.Quterriş Avropada münaqişələri "donduran" "iflic"ə son qoymağa dair çağırış edib. Onun sözlərinə görə, qitə ölkələri bu problemləri aradan qaldırmaq üçün lazım olan "açarlar"a malikdir.
"Mövcud vəziyyətləri həll etmək üçün təhlükəli millətçilik dalğasına müqavimət göstərmək və müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və "Dnestryanı üzrə 5+2" prosesini canlandırmaq lazımdır.
Paylaş: