Xəbər lenti

Azərbaycan və daha yeddi ölkə BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini keçən ilə nisbətən artıracağına söz verib.

"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş fond üçün vəsaitin toplanması üzrə konfransın yekunlarına əsasən elan olunub.

Konfransda 36 donor ölkə gələn il Mərkəzi Fonda 383 milyon dollar ayırmağı vəd edib. Bu donorlar arasında Azərbaycan, Avstraliya, Rusiya, Estoniya və Monqolustan da var.

BMT-nin Baş katibi Antoniu Quterriş bütün donorlara comərdliyə və ehtiyacı olanlarla həmrəylik göstərməyə hazır olduqları üçün təşəkkür edib. O bildirib ki, 12 il ərzində fonda ianə qismində BMT-yə üzv 126 dövlət və bir sıra fərdi donorlar yardım göstərib.

"Bu gün fond üçün həmişəkindən daha çox vəsaitə ehtiyac var. Fond 2005-ci ildə yaradılandan bəri humanitar ehtiyacların miqdarı 5,2 milyard dollardan 24 milyard dollara yüksəlib", - A.Quterriş vurğulayıb. O, həlli uzanan münaqişələrin və təbii fəlakətlərin faciəli nəticələrini xatırladıb.

BMT baş katibi Mərkəzi Fondun vəsaitləri sayəsində böhran vəziyyətlərində olan milyonlarla insanın həyatını xilas etməyin mümkün olduğunu söyləyib.

Qeyd edək ki, fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fond 9 mart 2006-cı il tarixində yaradılıb. 500 milyon dollarlıq ilkin nizamnamə kapitalı olan fondun büdcəsi müntəzəm olaraq könüllü ianələr hesabına təmin olunur. 2016-cı ilin dekabr ayında BMT Baş Assambleyası təşkilatın baş katibinin 2018-ci ilədək Mərkəzi Fona ümumi ianə məbləğinin həcmini 1r milyard dollara çatdırmaqla bağlı təklifini dəstəkləyib. 




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 11-12-2017, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma