Xəbər lenti

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyəyə gedəcək. 

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd yanvarın 29-30-da İstanbulda keçiriləcək “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

A.Paşazadə konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.

Turkiyə hökumətinin himayəsi altında keçiriləcək tədbirdə Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir/Report




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 25-01-2018, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma