Xəbər lenti

“Müsavat Partiyasının keçmiş başqanı, Strateji Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Türkiyədə müalicəsi bu həftənin sonuna kimi davam edəcək”.

Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. O, İ.Qəmbərin Türkiyənin tanınmış tibb müəssisələrindən birində – «Hacəttəpə» klinikasında müalicə aldığını və səhhətinin qaydasında olduğunu söyləyib.

G.Aslanlının sözlərinə görə, İ.Qəmbər müalicəsi başa çatdıqdan sonra Türkiyədə nəzərdə tutulan görüşlərə başlayacaq.

Bu il yanvarın 13-də ürəyində narahatlıq yaranan İ.Qəmbər Mərkəzi Klinikaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də evə buraxılıb. Fevralın sonlarında o, yenidən Mərkəzi Klinikaya müraciət edib, klinika bunun sırf profilaktik xarakterli olduğunu bildirib. Fevralın 28-də isə İ.Qəmbər Müsavat Partiyasının indiki başqanı Arif Hacılı ilə Türkiyəyə gedib. İ.Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır, 1992-1993-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.

1992-ci ildən 2015-ci ilə kimi Müsavat Partiyasının başqanı olub. (Azadlıq Radiosu) 

 




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 5-03-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma