Xəbər lenti

Azərbaycanlılar Kaliforniyada (ştatın qanunverici qurumunun yuxarı palatasında) erməni lobbisinin Osmanlı dövlətində 1915-ci il və Sumqayıtdakı 1988-ci il olayları haqda yalan bəyanatını cavablandırıblar.

Strateq.az Anadolu Agentliyinə istinadən bildirir ki, Amerikanın Kaliforniya ştatının Senatında erməni lobbisinin təşəbüsü ilə Sumqayıt şəhərində nəticədə 26 erməni və altı azərbaycanlının həlak olduğu 1988-ci il hadisələrinin 30 illiyinə həsr olunan dinləmələr keçirilib.

Dinləmələrdə habelə Osmanlı dövlətindəki 1915-ci il olayları barədə məsələ qaldırılıb. Dinləməni təşkil edən senatorlar Türkiyəni “erməni soyqırımı” deyilən hadisədə ittiham ediblər. Lakin Kaliforniyanın azərbaycanlı diasporunun fəalları senatorların əsaslandırılmamış bəyanatlarına qətiyyətli cavab veriblər. Fəallar dinləməni təşkil edən senator, Kaliforniyada erməni lobbisinin çoxdankı hamisi Entoni Portantinoya Xocalıdakı soyqırım və Dağlıq Qarabağın erməni işğalı haqda növbəylə suallar verməyə başlayıblar. ABŞ-ın azərbaycanlı vətəndaşları diqqəti buna cəmləyiblər ki, senator məsələyə birtərəfli və önrəyçiliklə yanaşır və yalnız erməni tərəfinə söz verir.

Azərbaycanlı fəallardan biri deyib: “Erməni lobbisi və Kaliforniyada yaşayan Ermənistan vətəndaşları sizi yanlışlığa uğradırlar, siz isə, senator, bütün Kaliforniyanı təmsil edən rəsmi şəxs kimi birinci bunu ayırd etməli və yalanı rədd etməlisiniz. Biz Kaliforniya sakinləri bundan məyus olmuşuq. Biz azərbaycanlılar sizin dəstəklədiyiniz Ermənistan tərəfdən hücuma məruz qalmışıq. Siz səbəbkarların məsuliyyətə cəlb edildiyi Sumqayıt hadisələrindən danışdınız. Lakin erməni silahlı birləşmələrinin 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı həyəata keçirdiyi insanlığa qarşı dəhşətli cinayətin günahkarları indiyədək layiqli cəza çəkməyiblər. Siz Xocalı qırğınıyla bağlı dinləmə keçirmək niyyətindəsinizmi?”

Azərbaycan diasporunun təmsilçiləri sonra Ermənistan-Azərbaycan münaqişəsi və Xocalıdakı soyqırım haqda danışıblar.

SSRİ DTK-nın keçmiş rəhbəri N. Kryuçkov sonralar boynuna alıb ki, Sumqayıt, Bakı və Tiflis hadisələri Moskva və Ermənistandan göndərilən fitnəkarlar tərəfindən həyata keçirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 805          Tarix: 5-03-2018, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma