Xəbər lenti

Yanis Berzinş

pereveodika.ru, 05.04.2018

 

Amerika senatoru Lindsi Qrem “Fox News”-a müsahibədə Donald Trampı Moskvayla münasibətlərə yanaşmasını kəskin tənqid edib. Siyasətçinin fikrincə, Ağ Evin başçısı Ronald Reyqanın örnəyini izləməli və neft-qaz satışından asılı olan Rusiya iqtisadiyyatını təcrid etməlidir.

Prezident Trampın xarici siyasətinə narahat həftə düşüb. Rusiya güclü yeni raketi sınayıb və özünün 60 diplomatının ABŞ-dan sürgününə bizim 60 diplomatımızı qovmaqla cavab verib. Kim Çen In Çinə gözlənilməz səfər edib ki, hər şeydən göründüyü kimi, Trampla danışıqlar üçün yeni şərtlər irəli sürsün. Prezident isə elan edib ki, Amerika qoşunlarını Suriyadan çıxarmaq istəyir və bu ölkənin bərpası üçün vəsaitləri dondurur.

Biz bütün bunları Senatın silahlı qüvvələr məsələsi üzrə əsas fiquru, senator Lindsi Qremlə müzakirə etmək istəyirik.

 

-Senator, sizi “Fox News Sunday”-nin efirində yenidən salamlamağa şadıq və sizə fərəhli Pasxa arzulayırıq.

-Pasxanız mübarək! Danşılacaq çox şey var.

-Olsun, Rusiyadakı durumdan, güclü yeni raket buraxılışından, bu kütləvi sürgünlərdən başlayaq. Budur, Rusiyanın ABŞ səfiri bu durumu belə şərh edib.

Anatoli Antonov, Rusiyanın ABŞ səfiri: Duyum budur ki, Vaşinqtonda atmosfer zəhərlənib. Zəhərli atmosferdir.

-Moskvayla Vaşinqton arasında indiki küsü nə qədər ciddidir?

Lindsi Qrem: Məncə, olduqca kinayəlidir ki, o, “zəhərlənib” sözünü işlədib. Diplomatları sürgün etməyimizin səbəblərindən biri bundan ibarətdir ki, çox ehtimal ki, Rusiya xüsusi xidmətləri Rusiyanın Birləşmiş Krallıqdakı keçmiş agentini, Britaniya vətəndaşını və qızını zəhərləyib. Bütün bunlar mənə 80-ci illəri xatırladır. Ronald Reyqanın necə hərəkət etdiyini sizə deyə bilərəm. Ruslar hər dəfə özlərinin hərbi texnologiyalarını yaxşılaşdırmağa çalışarkən biz bir addım öndə olmuşuq. Ruslar hər dəfə dünyanın bu və ya digər bölgəsində əl-qol açanda Reyqan şiddətli cavab verib. Buna görə də Trampın yerinə mən olsaydım, Reyqanın taktikasına nəzər salar və Rusiyanı iqtisadi baxımdan təcrid edərdim. Mən Rusiya nefti və qazının gözə dəyən hər bir istehlakçısını öyrənər və baxardım ki, bu ölkəni Rusiyadan qıraqdakı başqa qaynaqlardan neft-qazla təchiz etməyin yolunu tapıb-tapmayacağımızı araşdırım.

-Mən diqqəti prezidenti davranışına yönəltmək istərdim. Tramp administrasiyası bəzi addımlar atdığı, keçən həftə sanksiyalar tətbiq etdiyi halda prezident Trampın özü Vladimir Putini tənqid etməkdən imtina edir. Hətta Putinin seçkilərdə qələbəsindən sonra onu telefonla təbrik etdiy haqda, bax, bizə bunu nağıl edib. Gəlin, baxaq.

Donald Tramp, ABŞ prezidenti: Bizim çox yaxşı telefon söhbətimiz oldu. Və hesab edirəm ki, çox çəkməz, görüşərik ki, qızğın silahlanmanı müzakirə edək.

-Senator, bizə birinci növbədə nə lazımdır: Trampın Putinlə görüşü, yoxsa Rusiyaya qarşı daha qətiyyətli addımlar atmaq?

Lindsi Qrem: Reyqanın taktikasına qayıdaq. O, Berlin divarı qarşısında durarkən deyib: “Bu divarı dağıdın – o biri yanda şər imperiyası yerləşir”. O, nüvə silahlarnı azaltmaq cəhdiylə Qorbaçovla görüşləri dayandırıb.

Düşünürəm, prioblem bundan ibarətdir ki, Rusiya zəncirini qırıb. Etdiklərimizin  heç biri işləmir və prezident hansısa səbəbdən birbaşa Putinə qarşı çətinliklə durur. Buna görə də təkrar edirəm: Rusiyanın iqtisadi təcridi. Onların iqtisadiyyatı neft və qazdır. Müştərisiz onlar çox da uzun müddət duruş gətirməzlər.

Belə ki prezident Trampın, Almaniyanın və Avropanın … Fransanın  yerinə mən olsaydım, onları bütün müştərilərdən məhrum etməyə çalışardm və müştərilərə Rusiya hüdudlarından qıraqda yerləşən alternativ neft və qaz təqdim edərdim. Mən məhz belə hərəkət edərdim.

 Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 7-04-2018, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma