Stanislav Tarasov
Regnum.ru, 03.05.2018
Ermənistanda siyasi böhran davam edir. Çox ümid etmək istərdik ki, bundan çıxış yolu konstitusiya yoluyla həyata keçiriləcək. “Qanunun hər nöqtəsinə və Konstitusiyanın ruhunun gözlənilməsinin həm Ermənistanın özünün, həm də hakimiyyət və müxalifətin maraqlarından qaynaqlandığını” bildirən Erməni Milli Konqresinin lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın fikriylə razılaşmamaq çətindir. O habelə vurğulayıb ki, “başqa yolla formalaşdırılan hakimiyyətin legitimliyini nə xalq, nə də beynəlxalq birlik tanıyacaq”.
Əlbəttə, Ermənistanda indiki hadisələr diqqətlə öyrənilir və öyrəniləcək. Hazırda isə çox şey televiziya “kadrları” üzrə, hakim siyasətçilər və müxalifətin müxtəlif bəyanatlarından qavranılır. Səsləndirilən xülasələrlə razılaşmaq və ya höcət etmək səmərəsizdir, çünki respublikada siyasi proseslər inkişaf edir və bundan sonra da edəcək. Eynilə Ermənistan üçün imic itkisi və ya qazancı haqda sualı da cavablandırmaq mümkünsüzdür. Hadisələrin inkişafı bir ssenaridə irəliləyiş ola bilər, digərində ölkəni öz inkişafında on illərlə geri atar. Amma hazırda şübhə doğurmayan qənaət var: hadisələr bundan sonra nə qədər inkişaf edir-etsin, artıq Ermənistan əvvəlkitək olmayacaq. Amma, bax, o, “yeni” olacaqmı və bu “yeniliyin” nədən ibarət olacağını söyləmək hələlik çətindir.
Məqamın sıradakı özəlliklərini qeyd edək. Əlbəttə, Rusiya Ermənistandaklı durumu çox diqqətlə izləyir, çünki bu ölkə onun strateji tərəfdaşı, KTMT və Avrasiya Birliyinin üzvüdür. Bununla yanaşı, etirazların lideri Nikol Paşinyan Moskvanın Ermənistanın işlərinə qarışmadığını etiraf edir. Hətta Kremlin təmsilçiləri Ermənistandakı indiki hadisələri “onun müstəsna daxili işi” kimi dəyərləndirirlər. İndiki siyasi böhrana geniş kontekstdə qonşu Yaxın Şərqdəki “eskalasiya qövsü”nün özünməxsus proyeksiyası kimi yanaşmaq olar. Bu baxımdan bütün Cənubui Qafqazda sabitsizliyə səbəb olacaq əsas akselerator kimi Dağlıq Qarabağ münaqişəsini hesab etmək məntiqli olardı. Lakin faktlar bu cür baxışın bəsit xarakter daşdığından xəbər verir. Regnum İA-ya məlum olduğu qədər, Moskva münaqişə zonasında dartışan tərəflərin təmas xəttində silahlı eskalasiyanın yolverilməzliyi haqda Bakıya xəbərdarlıq edib.
Başqa ölkələr – Ermənistandakı siyasi münaqişənin bütün tərəflərini yeni hökuməti konstitusiya yoluyla seçmək üçün geniş dialoq axtarışına çağıran ATƏT MQ həmsədrləri də faktiki oxşar mövqe tutur. Xüsusən də Amerika siyasət eksperti Ceyson Smart durumu şərh edərək sıradakını bildirib: “Vaşinqton bu proseslərdə fəal oyunçu olsaydı, Dövlət Departamentinin yüksəkçinli məmurlarını, habelə konqresmenləri çoxdan İrəvana desant göndərərdi. Amma bu yoxdur, təkcə səfir Robert Millz orada durumu diqqətlə izləyir. Ermənistanda durumun necə başa çatacağı Vaşinqtonda bizə məlum deyil. Biz Ermənistanda tərəflərin heç birini dəstəkləmirik, biz bütünlükdə prosesi dəstəkləyirik”.
Smart eyni zamanda Qarabağda hərbi əməliyyatların təzələnməsinə toxunaraq qeyd edib ki, “Bakı çox böyük təmkin göstərir və biz Vaşinqtonda bunu görürük. ABŞ Qarabağda hərbi əməliyyatların təzələnməsində maraqlı deyil və tərəfləri durumun bu cür inkişafından hər yolla daşındıracaq”.
Obyektivlik xatirinə qeyd edək ki, Azərbaycanda əvvəlcə Ermənistandakı böhrandan faydalanmaq və Qarabağ problemini zor yoluyla çözmək çağırışları səslənib. Amma indi belə şüarlar istisna kimi səslənir. Hər şeydən əvvəl, Qarabağ Respublikasını (mətndə bu cürdür-tərc.) böhran bürüməyib və dövlətçilik sabitliyi sərgilənir. Bir də Dağlıq Qarabağa qarşı müharibə İrəvanda “inqilabi proses” dalğasını söndürə və Bakını avtoritar təcavüzkar rolunda göstərə bilər. Azərbaycan prezidenti İlham Əliyevə bu cür neqativ imic gərək deyil. Həm də bu halda Rusiyanın, elə kollektiv adlanan Qərbin də özünü necə aparcağını bilmir. Ermənistanda yeni hökumət meydana çıxınca Bakı gözləməyə məcburdur, ancaq bundan sonra ATƏT MQ himayəsi altında münaqişənin tənzimlənməsi üzrə danışıqları təzələmək mümkün olacaq. Və sonra. Hazırda Ermənistanda istənilən yeni hökumətin Moskva ilə münasibətləri “modernləşdirməyə” cəhd edəcəyi haqda eskpertlərin xeyli qənaətləri meydana çıxıb. Məsələn, Britaniayanın məşhur politoloqu Tomas de Vaal bu barədə fikir yürüdür. Ola bilsin, Rusiyanı “bir qırağa çəkilmək” məcburiyyətinə cəhd edəcəklər. Amma onda da çətin ki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan ssenarisi üzrə gedəcək. Axı nə qədər fırladılsa da, Moskva münaqişənin tənzimlənməsində başqa prinsiplərə tərəfdar idi və hələ də tərəfdardır. Bir sözlə, bölgədə standartsız durum formalaşır və çox şey proqnozlaşdırmaya gəlmir. Azərbaycan hələlik özünü olduqca tədbirli aparır. Lakin ən yaxın günlər Ermənistan üçün taleyeklü olacaq. Qərarlar vaxtı çatır.
Tərcümə Strateq.az-ındır.
Paylaş: