Maksim Suçkov
“Əl-Monitor”
Bu həftə İranın Suriyada mövcud və gələcək varlığı ilə bağlı İsrailin narahatlıqlarını müzakirə etmək üçün Rusiya və İsrail səlahiyyətliləri Moskvada bir araya gəlib.
İsrail müdafiə naziri Aviqdor Liberman və digər İsrail rəsmiləri mayın 31-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüblər. Səfərin əsas məqsədi Suriyadakı vəziyyət, xüsusilə Libermanın sözlərinə görə, “İran və onun vəkilləri” olub.
Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında mayın 17-də keçirilən görüş, Suriyadakı xarici qüvvələrin ölkədən çıxarılması bəyanatından sonra yüksək səviyyəli rus məmurları bu ifadəni bir çox hallarda təkrarlayıb və onlardan bəziləri birbaşa İranın qüvvələrinə işarə ediblər. Bu, İranla bağlı olan əhval-ruhiyyənin Rusiyada dəyişikliyə uğramasına dair möhtəkirliklər doğurub.
Son həftələrdəki ruslarla israillilər arasında mütəmadi təmaslar Suriyanın cənubundakı iranlı milislərin sıxışdırılması üçün “gizli Rusiya-İsrail razılaşması” barədə şayiələrlə nəticələnib. Paradoksal olaraq, bu iddialar tez-tez Rusiyanın bunu bacara bilməməsi ilə müşayiət olunur.
Şoyqu-Liberman görüşü, həqiqətən, Suriyanın cənub-qərbində hərbisizləşdirmə zonanın gələcəyinə dair Rusiya, ABŞ, İsrail və İordaniya arasında müzakirələrə səbəb olub.
Bu səhnəni seyr edən hər kəs Tehrana boylanıb və Rusiyanın İranı İsraillə ABŞ-a qurban verməsi təəssüratına qapılıb. Ancaq Moskvanın ifadələrini və ən əsası onun hərəkətlərini izləyərkən, diqqətli olmalıyıq.
Libermanla saat yarımdan çox davam edən görüşü Şoyqu Şamın yeni müvəffəqiyyətlərini tərifləməklə başlayıb: “Suriya hakimiyyətinin indi nəzarət etdiyi sahələrdəki mühit qaçqınları qəbul etmək və sülh içərisində yaşam üçün inkişaf etdirilir”.
Əsəd Dəraa vilayətində müxalif qüvvələrə qarşı hücum həyata keçməyə çalışıb, ancaq son zamanlarda İsrail və ABŞ, bölgədə İran və müttəfiq şiə milislərinin varlığı mövzusunda narahatlıqlarını bildirib. Moskva məsələni həll etməyə, əvvəlcə israilliləri Əsədin bu hücumlara ehtiyacı olduğuna inandırmağa və ikincisi, iranlı qüvvələrin potensial gedişinin şərtlərini müzakirə etməyə çalışır.
Hər iki mövzu bir-biri ilə əlaqəlidir: İsrail öz təhlükəsizliyini nəzərə alaraq, Dəraa əməliyyatını dəstəkləmir, İran və “Hizbullah”ın həmin ərazini müxalifətdən təmizləməsindən qorxur. Bununla belə, Suriya ordusunun hərbi əməliyyatına Tehranın qoşulmayacağına dair zəmanət varsa, İsrail hücumu maneə törətməyəcək.
Bundan əvvəl İranın İordaniyadakı səfiri Müctəba Firdövsipur İranın hərbisizləşdirlən zona məsələsini dəstəklədiyini bəyan etmişdi. Eyni zamanda, “Hizbullah” mənbələri Rusiya mətbuatına verdiyi açıqlamada “Hizbullah” və digər şiə milislərinin “Rusiyanın tələbi” ilə Dəraa hücumundan kənarlaşmasına razılığı açıqlayıb.
Belə bir vəziyyətdə həm İsrail, həm də “Hizbullah” tərəfindən müzakirə olunan dilemma üçün alternativ həll bölgəyə Rusiya hərbi polisinin yerləşdirilməsidir. Bu ən azı müvəqqəti olaraq uyğun düzəliş ola bilər. Amma onun hansı şəraitdə həyata keçiriləcəyi maraqlıdır. Ssenariyə görə, müxalifət silahları təhvil verməli və bölgəni hökumət qüvvələrinə təslim etməlidir.
İsrailin “Kanal 1” televiziyası mayın 30-da Putin və İsrail baş naziri Binyamin Netanyahunun Suriya-İsrail sərhədindəki İran qüvvələri və müttəfiqlərini 70-80 kilometr (40-50 mil) uzaq tutma ehtimalını müzakirə etdiyini bildirib.
Tehran Moskvanın hərəkətlərini qəzəblə izləyir. Onun da Suriyada uzun müddətli maraqları və fərqli siyasəti var. Aydın olur ki, Moskvanın irəliləyişləri və Tehranla danışıqlar dərin tarixi etibarsızlığı buxarlandırmayıb.
Ancaq Rusiyanın İsraillə əlaqələri Moskvanın Suriyadakı mühüm tərəfdaşına münasibətdə dəyişməsi mənasını vermir: Rusiya ordusu Suriyadakı müharibədə İran və “Hizbullah”ın rolunu tanıyır və birgə səylərin potensial nəticələrini qiymətləndirir.
Mayın 30-da yüksək səviyyəli beynəlxalq konfransda danışan Lavrov, Rusiya və İranın da daxil olduğu bölgə səlahiyyətliləri ilə Rusiyanın maraqlarının “100% üst-üstə düşmədiyini” etiraf edib. “Amma biz İranın regionda – Suriyada, Fələstində, Livanda, İraqda yaşanan bütün problemlərin kökü olması, sübuta əsaslanmayan qiymətləndirmələrlə razılaşmırıq. İsrailli vəzifədaşlarla regional vəziyyətə baxdıqda və yanaşmamızı xarakterizə etdikdə, Tehranı təcrid etmək əvəzinə, bütün tərəfləri müzakirələrə cəlb etmək çalışırıq”.
Lavrov, həmçinin deyib: “Onlar [ABŞ] İranın bölgədəki davranışını dəyişdirməli olduğunu söyləyirlər. Eyni şey bizə də deyirlər. Amma bizimlə normal danışmağa başlamazdan əvvəl hər yerdə öz davranışlarını dəyişdirməlidirlər”.
Buna görə də, Rusiya, bir növ, İsraillə İran arasında qarşılıqlı olaraq qəbul edilən vasitəçi kimi çıxış edir, hər iki tərəf üçün ən az ağrılı seçim axtarır.
Moskva İsraillə olan sövdəsini “müqavilə” kimi görmür. Əsədin arxasında danışıqlar aparmır. Həm “Hizbullah”, həm də iranlıları məlumatlandırmanı və məsləhətləşmələri davam etdirir və bu vəziyyətdə Rusiya öz maraqları naminə İranın maraqlarını qurban vermir. Rusiyanın İranı Cənubi Suriyadan çıxarması yalnız Tehranın könüllü iştirakı ilə və danışıqlar yolu ilə həyata keçirilə bilər, bu da Rusiyanın dolayı yolla İsrailə aydın töhfəsidir.
Bütün çətinliklərə baxmayaraq, Suriyanın cənubundakı vəziyyət ümidsiz görünmür. İranın Suriyanın qalan hissəsində uzun müddətli iştirakı isə əsl tapmacadır. Moskvada bu anlayış var ki, “Hizbullah”ın rəhbərliyi Livanın təhlükəsizliyini əsas gətirib Suriyada qalmağa bir səbəb tapa bilər. İranın Suriyadan çıxmasına Rusiya və ya digər xarici gücün zəmanət verməsi imkanı yoxdur.
Suriyada İranın hərbi infrastrukturunun müvəffəqiyyətli olmasına baxmayaraq, irəliləmə regional müharibəyə sürüklənən qarşıdurmalara çevrilə bilərdi. Amma Rusiya Suriyanın qalan hissəsində İranı və İsraili çəkindirə biləcəyini düşünür. Moskva vasitəçilik rolu ilə siyasi və coğrafi sərhədləri görür. Bu məsələyə toxunan bir üst səviyyəli rus diplomatı “Əl-Monitor”a deyib: ” Əgər onlar [İsrail və İran] həqiqətən bir-birinin boğazlarından tutmaq istəyirsə, onları dayandırmaq üçün çox az şey var. Ancaq təklif etdiyimizdən də imtina etmirlər”.
Tərcümə: Strateq.az
Paylaş: