Xəbər lenti
Dünən, 19:25

“Qeyri-hökumət təşkilatları da insan hüquqlarının müdafiəçiləri kimi Azərbaycan üçün önəmlidir. Ancaq təəssüf ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən şəxslərin əlində oyuncağa çevirilib”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, QHT-lər Azərbaycan üçün çox vacibdir: “Bu mövzu həm də insan hüquqları müdafiəçiləri kimi vacib bir mövzudur. Biz fərqindəyik ki, hətta QHT-lər bəzən o qədər aktivdirlər ki, insanlar onlara hökumətin özündən çox inanır”.

S. Seyidov bu məsələdə inam və məsuliyyətin önəminə diqqət çəkib. O qeyd edib ki, bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər, hökuməti və ölkədəki mentaliteti dəyişmək istəyirlər: “Onlar bəzi şəxslərin əlində oyuncağa çevrilib. Bunu Macarıstanda, Azərbaycanda görmək olar. Unutmamalıdırlar ki, xalq onlara inanır və onlar insanlar qarşısında məsuliyyət daşıyırlar. Bu problem Avropanın özündə də var. Böyük Britaniyada, Almaniyada da bunu görmək mümkündür.”

 




Ana səhifəyə qayıt        Baxış: 385          Tarix: 27-06-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma