Xəbər lenti

“Bu gün Azərbaycanın ən öndə duran problemlərindən biri dini radikalizmdir. Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir”.

Bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Qeyri-hökumət təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib.

A.Quliyev bildirib ki, Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi ciddi düşündürən məsələdir. O qeyd edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirici işlər aparılmalıdır: “Son illərdə Şura bu istiqamətdə 62 layihə maliyyələşdirib. Təklif edirəm ki, gələcəkdə Şura ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə qrant müsabiqələri keçirsin, digər fondların da maliyyə vəsaiti buraya cəlb edilsin və birgə koordinasiya həyata keçirilsin”.

A.Quliyev hesab edir ki, bu məsələdə cəmiyyətin, xüsusən qeyri-hökumət təşkilatlarının səfərbər olmasına ehtiyac var. Şura sədri təklif edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılsın/tREND.

 




Ana səhifəyə qayıt        Baxış: 712          Tarix: 30-08-2018, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma