Xəbər lenti

Bakı Moskva və Tehranı xilas edir - Üçtərəfli FORMAT

“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşü və qəbul edilmiş qərarlar üçtərəfli formatın strateji əhəmiyyətini göstərir”.

Publika.az
 xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov qeyd edib ki, üç ölkənin əsas hədəfi regional təhlükəsizlik, nəqliyyat sahəsində əməkdaşlıq, energetika, həmçinin, Xəzərdə neft və qazın birgə nəql edilməsidir.



“Azərbaycan təkcə Rusiya ilə İran arasında yerləşən strateji mövqeyinə görə bu üçtərəfli formatın iştirakçısı olmadı. Bu, coğrafi yerləşmə əhəmiyyətlidir, lakin hər şey demək deyil. Biz Şimal-Cənub dəmiryolu layihəsinin icraçısı və investoruyuq. Bununla yanaşı, Azərbaycan ən böyük texniki vasitələrə, dəniz yataqlarında böyük iş təcrübəsinə malikdir. ABŞ Rusiya və İranın karbohidrogen layihələrinin maliyyələşdirilməsinə qarşı sanksiyalar tətbiq edir. Azərbaycan bu mənada Rusiya və İranı xilas edə bilər. Yəni əməkdaşlığın üçtərəfli formatında Azərbaycan bu iki böyük dövlətin yanında kiçik görünmür, əksinə tamhüquqlu tərəfdaşdır”, - deyə R.Musabəyov vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 3-11-2017, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma