Xəbər lenti

Dünən keçirilmiş Arsenal-Qarabağ matçında Azərbaycan futbolçularının və azarkeşlərinin məğlubiyyətdən daha çox əsəbiləşməsinə səbəb olan insident baş verib.

Azadlıq Radiosu bildirir ki, oyun zamanı meydançaya qollarının arasında Qarabağ separatçı rejiminin bayrağını geniş açan bir nəfər müdaxilə edib. Müdaxiləçini tez bir zamanda meydançadan çıxarıblar.

Bu barədə “Mirror” qəzeti məlumat verib.  Qəzet qeyd edir ki, qonaqları hiddətləndirən bu insident Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə görədir. Qeyd edək ki, dekabrın 13-də Londonda Avropa Liqasının E qrupunda Arsenal və Qarabağ klubları arasında keçirilən matçın birinci hissəsində Aleksandr  Lakazettinin Mesut Ozilin pası ilə vurduğu qol İngiltərə futbolçularına qələbə qazandırıb.

Bir çox Britaniya saytları oyunun ümumən maraqsız keçdiyini yazırlar. Mirror qəzetinin saytındakı yazıda isə Qarabağ klubunun oyunu “dişsiz” olaraq səciyyələndirilir.

Ümumiyyətlə bu matç heç bir komanda üçün həlledici deyildi və oyunun süst keçməsi də bununla bağlı ola bilərdi. Qəzet yazır ki, bu Arsenal klubunun 22-ci məğlubiyyətsiz oyunu idi və ola bilsin Arsenal futbolçuları 2007-ci ilin rekordunu təkrar etsinlər. Həmin il Arsenal 28 matçı məğlubiyyətsiz başa vurmuşdu. Reportajda deyilir ki, Arsenal-Qarabağ matçında Azərbaycan futbolçularının bircə dəfə fərqlənmək imkanı olub, lakin Araz Abdullayev bu real fürsətdən istifadə edə bilməyib.

 

 




Ana səhifəyə qayıt        Baxış: 676          Tarix: 14-12-2018, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma