“Azərbaycanın daxilində heç bir təhlükə yoxdur. Xalq prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Lakin Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir. Bu baxımdan kənardan böyük təhdidlər var”.
“Report”un məlumatına bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
DTX rəisi xatırladıb ki, bir neçə gün öncə cəsus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verilib: “Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova tapşırıq verilib. Onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Xəyanətin üstünün açılması Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün yerinə yetirilməsinin nəticəsidir”.
Paylaş: