Xəbər lenti

 

Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Vladislav Kanevskini qəbul edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Tərəflər  Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Səfir Kanevski ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vladislav Kanevskiyə diplomatik fəaliyyətində uğurlar diləyib.

Səfir Vladislav Kanevski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 12-03-2019, 01:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma