“Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığını təmin etmək məqsədilə ciddi addımlar atılır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov yüksək səviyyəli rəsmi statistikalar üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminarda deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən indiyədək kifayət qədər işlər görüb: “Qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır. Qeyd etmək istərdim ki, Azərbaycan böyük nailiyyətlər əldə edib, ölkə iqtisadiyyatı 3 dəfədən artıq artıb. İqtisadiyyatımızın inkişafı sosial proqramların həyata keçirilməsinə şərait yaradır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5-6 faizə qədər enib. Azərbaycanda 1.6 milyon iş yeri açılıb”.
Ə.Əhmədov qeyd edib ki, Azrbaycan neft ixrac edən ölkələrdən biridir: “Biz çalışırıq ki, neftdən asılılıq əhəmiyyətli dərəcədə azaldılsın. Bununla bağlı addımlar atılır. Eyni zamanda dünyadakı qlobal problemlərin həll edilməsi ilə bağlı yaxından iştirak edirik”.
Paylaş: