Arzu Nağıyev: “Düşünürəm ki, bu proseslərin hamısı idarə olunur”
İyunun 12-dən etibarən Rusiyada genişmiqyaslı aksiyaların keçirilməsi gözlənilir. Maraqlıdır, Rusiyada daxili qarşıdurma və gərginliyin artması bu dövlətin qonşu ölkələrə təzyiqini azalda bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev baş verənlərin Rusiyanın regional siyasətinə təsir göstərməyəcəyini vurğuladı:
“Bildiyiniz kimi, Aleksey Navalnının tərəfdarları təxminən 200 şəhərdə mitinq keçirmək istəyir. Bu mitinqlər “Cavab tələb edirik” devizi altında keçiriləcək. Mitinqlə bağlı hazırlıq işləri aparılır. Bu şəhərlər Rusiyanın böyük şəhərləridir. Hakimiyyətə ünvanlanan suallar da üç gün ərzində cavablandırılmalıdır. Bir tərəfdən hesab edirəm ki, bu, hakimiyyətin özü tərəfindən təşkil edilən mitinqlər ola bilər. Kimlərə qarşısa yönləndirilə bilər. İqtidar nümayəndələri də bu təklifə o qədər də müsbət cavab verməyə səy göstərmirlər. Çünki hədəf müxtəlif ola bilər. Son mitinqlərdə daha çox baş nazir Medvedyevin üzərində dayanılmışdı. Lakin bütün bunlar o demək deyil ki, baş verənlər idarə olunmayan proseslərdir. Düşünürəm ki, bu proseslərin hamısı idarə olunur.
Bunun Dağlıq Qarabağ problıeminin həllinə, regiondakı proseslərə müsbət təsiri olmayacaq. Burada əsas məsələ daxili problemlərin həllindən gedir. Rusiyada daxili proseslər elə həddə çatıb ki, bütün problemlərə baxmayaraq bu gün Putinin reytiunqi yüksək səviyyədədir. Vətənpərvərlər, hərbçilər və s. hakimiyyəti dəstəkləyirlər. Bu baxımdan proseslərin regiona hər hansı təsir göstərəcəyini düşünmürəm. Rusiya Federasiyasının tərkibində təxminən 11-ə qədər müsəlman subyektlər var. Onlar da öz təkliflərini irəli sürə bilərlər. Lakin bu mitinqlərin regional siyasət baxımından hansısa prosesə ciddi təsir göstərəcəyini güman etmirəm”.
Paylaş: