Milli Məclisin deputatı Aydın Mirzəzadə sentyabrın 8-də Rusiya Federasiyasında keçirilən seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən və “Vahid Rusiya” partiyasının üzvü olan həmyerlimiz Elşən Həmzəyevi Sankt-Peterburq şəhər dumasına deputat seçilməsi münasibətilə təbrik edib.
Bu barədə sosial şəbəkədəki hesabında A.Mirzəzadə özü məlumat yerləşdirib.
A.Mirzəzadə qeyd edib ki, E.Həmzəyevin seçkidə qalib gəlməsi Rusiya və Azərbaycan xalqılarının dostluğunun parlaq nümunəsi və Rusiyada demokratik prinsiplərin mövcudluğunun təsdiqidir.
Milli Məclis üzvü əmin olduğunu bildirib ki, E.Mirzəyevin parlamentdə mövcudluğu parlamentlərarası, həmçinin iki ölkənin münasibətlərinin daha da inkişaf edəcəyinə təkan verəcək.\\Teleqraf
Paylaş: