Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, Azərbaycan və ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, ən mühüm sübutlardan biri kimi Donald Trampın Azərbaycan Prezidentinə son iki həftədə 2 məktubunu göstərmək olar: "Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür. Eyni zamanda, təxminən 10 gün əvvəl Ərəb-İslam-Amerika Sammiti oldu. Bu sammitdə ABŞ prezidentinin mühüm çıxışı oldu. O, çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoyub. Biz bu prinsipləri bəyənirik".
Paylaş: