Xəbər lenti

 

“Bu gün regionda hər kəsin hesablaşmalı olduğu yeni situasiya Ermənistan üçün ciddi problemlər yarada bilər. Bir neçə il əvvəl ABŞ və Avropa İttifaqı əsas müttəfiq idi və eyni zamanda Türkiyəyə maneə törədən amillər idi. Ancaq Suriyaya qoşun göndərəndə Vaşinqton və Brüsselin qışqırıqlarının Türkiyəyə təsiri sıfır oldu. Üstəgəl ABŞ Prezidenti Donald Trampın türk həmkarı Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq məktubu Türkiyə liderinin zibil qutusunda idi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan qələmə aldığı analitik məqaləsində yazıb.

Həbsdə olan keçmiş dövlət başçısı Türkiyənin bölgədə artan nüfuzuna mane ola bilmədiyini və bunun da Azərbaycanın əlini daha da gücləndirdiyinə diqqət çəkib.

Müəllif məqalədə bölgədəki mövcud geosiyasi şərtlərin Azərbaycanın lehinə olduğunu və Qarabağ münaqişəsinin həll prosesində xeyrinə işlədiyini vurğulayıb.

Robert Köçəryan belə bir vəziyyətdə Ermənistan üçün Rusiya ilə əməkdaşlığın alternativinin olmadığını bildirib.

“Amma bu gün Rusiyanın ölkəmizdəki bazasının çıxarılması ilə bağlı fikirlər səsləndirilir. Yalnız məsuliyyətsiz siyasətçilər bu gün Rusiya bazasının ölkədən çıxarılmasına təkid edə bilər. Suriyanın şimalında dəstəksiz qalan kürdlərin başlarına gələnlər dərs olmalıdır.

Bəs Ermənistan hakimiyyəti baş verən proseslərin mürəkkəbliyini və onlardan gələn təhdidləri dərk edirmi? Bu təhdidləri zərərsizləşdirməyin və ya heç olmasa, minimuma endirmənin təsirli yollarını tapa bilirlərmi? Belə bir anlayış əlamətləri yoxdur”.

Köçəryan özünü qərbpərəst göstərən Paşinyan hökumətinin Rusiya tərəfindən dəstəklənməməsinə diqqət çəkib.




Ana səhifəyə qayıt        Baxış: 439          Tarix: 8-11-2019, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma