Xəbər lenti

 

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisi keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.

Bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Sarqsyana qarşı qaldırılan iş “Antinikol” konsolidasiyası prosesini tezləşdirəcək. Biz bu prosesi son üç gün ərzində görürük. Burada “çox sağ ol, Nikol Paşinyan” demək lazımdır”, - Aşotyan bildirib.

Onun sözlərinə görə, Sarqsyana qarşı irəli sürülən ittihamlar eks-prezidentin xarici siyasət fəallığının qarşısını almağa yönəlib.

“Biz Sarqsyanın bir sıra paytaxtlara milli, dövlət gündəliyi ilə səfərlərini planlaşdırırdıq. Düşünürəm ki, hakimiyyət bundan çox yaxşı xəbərdar idi. Onlar öz siyasi rəqiblərinin kobud şəkildə təqibinə davam etməklə hakimiyyətlərini və Ermənistanı zəiflətdiklərini anlamalıdır”, - Aşotyan qeyd edib.

Qarabağda mümkün neqativ proseslər fonunda Aşotyan erməni hakimiyyətini ictimaiyyəti ayırmağa son qoymağa çağırıb.\\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 327          Tarix: 6-12-2019, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma