Xəbər lenti

Azərbaycan xalqı bilir ki, dövləti həmişə onun yanındadır. Şamaxıda bu il baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin səfəri, görülən operativ tədbirlər, I vitse-prezident Mehriban Əliyevanın bölgəyə gedişi, insanlarla görüşərək, zərərçəkənlərə təskinlik vermələri, dövlət rəhbərinin qısa zamanda yeni mənzillər tikilib təhvil verilməsi ilə bağlı tapşırıqları və icra prosesinə şəxsən nəzarət etməsi, mənzillərin açılışında vətəndaşların yanında olması onu göstərir ki, ölkə başçısının siyasətinin mərkəzində Azərbaycan xalqı, vətəndaşların problemlərinin həlli, rifah halının yaxşılaşması dayanır.

Ovqat.com bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirakı zamanı gənclərə böyük etimad göstərdiyinə dair fikirlərinə toxunan Musa Quliyev qeyd edib ki, ölkə başçısı qarşıdan gələn parlament seçkilərində gənclərin prosesə fəal qoşulacaqlarrına ümid edir:

“Vurğulandı ki, yeni Azərbaycanın qurucusu gənclərdir. Ölkə başçısı bununla da dünya ictimaiyyətinə mesajlar verdi ki, daim yeniləşmə, gəncləşmə, tərəqqi siyasəti irəli sürür, qarşıdan gələn parlament seçkilərində də gəncləri ictimai-siyasi həyatda aktiv olmağa səslədi”.

Deputat hesab edir ki, Azərbaycan prezidentinin Şamaxıya səfərinin həm də çox böyük mənəvi-psixoloji əhəmiyyəti var: “Bu bölgənin hər bir sakini, bütövlükdə Azərbaycan vətəndaşları hiss edirlər ki, dar zamanda da, xoş gündə də ölkə başçısı onların yanındadır, dövlətin, rəhbərinin hər cür qayğısını ilə əhatə olunublar.

Prezident qeyd etdi ki, təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim onun diqqətimdə olacaq. Bütövlükdə ölkə başçısının Şamaxıya səfəri Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifə olduğunu bir daha sübut etdi”.

Ana səhifəyə qayıt        Baxış: 190          Tarix: 6-12-2019, 20:46      

Xəbəri paylaş

Paylaş:   

Prizma