Xəbər lenti

 

Əgər biz Azərbaycanın fəaliyyətinə baxsaq, son iki il ərzində mütəmadi olaraq genişmiqyaslı hərbi tədbirlər keçirdiyini görərik.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik Şahnazaryan deyib.

“Azərbaycan hər şeyi edib ki, müharibəyə hazırlaşsın. Hərbi, eləcə də diplomatik baxımdan hazırlıq aparıb. Azərbaycan sadəcə olaraq Ermənistanın yeni hökumətinin danışıqlar prosesinin məntiqi barədə təsəvvürü olmaması faktından istifadə edib. Ermənistan müharibənin diplomatik yolla qarşısının alınmasıyla bağlı bütün mexanizmlərdən məhrum olub”.




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 24-12-2019, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma