Xəbər lenti

 

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.

Ağ Ev rəsmisi bildirib ki, dövlət başçıları Liviyada atəşkəs rejimini, həmçinin Suriyada zorakılıqların dayandırılmasını müzakirə ediblər.

“Bu gün (bazar ertəsi-ed) Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. İki ölkənin liderləri xarici müdaxilənin aradan qaldırılması və Liviyada atəşkəs rejiminin saxlanılması zəruriliyini müzakirə etdilər. Liderlər İdlib əyalətində həyata keçirilən zorakılıq aktlarına son qoyulmasını razılaşdırıblar”, – o, qeyd edib.

“Prezident Tramp həmçinin Türkiyə ilə Yunanlstan arasında Aralıq Dənizinin şərq hissəsindəki fikir ayrılıqlarının nizama salınmasının əhəmiyyətini vurğulayıb”, – Dir əlavə edib/Report.




Ana səhifəyə qayıt        Baxış: 624          Tarix: 28-01-2020, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma