Xəbər lenti

 

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, "Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb.

Onun Türkiyəni tərk etməsinə qadağa qoyulub. Mənsimov FETÖ təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur. Bu barədə Mənsimovun özü Facebook səhifəsindən bildirib. O, barəsində irəli sürülən ittihamları "yalan” adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və

ittihamın təfərrüatları barədə məlumat verməyib. Mənsimovun barəsində cinayət işinin qaldırılmasına onun müraciətinə əsasən bəzi Türkiyə KİV-ləri də yer veriblər. \\Unikal.org




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 8-02-2020, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma