Siyasət şöbəsi
“1in.am”, Ermənistan, 22 fevral 2020-ci il
Baş nazir Nikol Paşinyan, Ermənistan və Artsax (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Təhlükəsizlik Şuralarının Stepanakertdə (Xankəndinin adı mətndə belə gedib – tərc.) keçiriliən birgə iclasında çıxış edərkən, Qarabağ tənzimləməsinin yeni mahiyyətini açıqlayıb.
Baş nazir xatırladıb ki, bu, Ermənistan və Artsax Təhlükəsizlik Şuralarının 3-cü birgə iclasıdır.
Paşinyan qeyd edib: “Bu onu göstərir ki, iclasların belə formatda keçirilməsi bundan belə ənənəvi xarakter alır və məsələ ancaq birgə iclasların ənənə olmasında deyil. Bu, Ermənistan və Artsax hakimiyyətlərinin eyni müstəvidə olmaları üçün mütləq bir zərurətdir. Ermənistan və Artsaxın qarşılıqlı əlaqəsi bizim ölkəmizin, vətənimizin, xalqımızın təhlükəsizliyinin mühüm tərkib hissəsidir”.
Onun sözlərinə görə, son zamanlar bu planda kifayət qədər effektli iş aparılıb və Ermənistan və Artsax hakimiyyətlərinin Artsax məsələsinin tənzimlənməsilə bağlı təsəvvürlərinin eyni olduğunun təsbit edilməsi mümkün olan zaman bu iş öz kulminasiya nöqtəsinə çatıb.
Bu, heç də o demək deyildir ki, Artsax məsələsinin tənzimlənməsilə bağlı bütün detallar üzrə eyni təsəvvür mövcuddur. Bu, o deməkdir ki, strategiya, vektor planında biz, həqiqətən, eyni təsəvvürə malikik və eyni olan bu təsəvvürlərin bir neçə vacib sütunu vardır.
Nikol Paşinyan bəyan edib: “Artsax Respublikasının danışıqlar prosesinin tamdəyərli tərəfi olmasının və onunla danışıqlar aparılmadan Qarabağ məsələsinin tənzimlənməsinin mümkün olmadığının təsbit edilməsini onların ən vacib olanı hesab edirəm. Bu planda, bizim birgə apardığımız işin gedişində, mahiyyətcə, Qarabağ məsələsilə bağlı danışıqların yeni məzmununun, hələ tam olmasa da, formalaşmasını çox vacib hesab edirəm. Və hesab edirəm ki, bu məzmun, birincisi, Ermənistan və Artsaxın maraqlarını daha əhatəli təmsil edir, ikincisi, məsələnin tənzimlənməsi üçün imkanların yaradılması nöqteyi-nəzərindən konstruktivdir”.
Bu planda, Baş nazir Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş diskurs və müzakirələrin vacib olduğunu da qeyd edib. Şərti olaraq “Münhen prinsipləri” adlandırdığımız bu məzmun orada ətə və qana gəlib, dəqiq formullaşdırılıb.
Onun sözlərinə görə, təsbit etmək lazımdır ki, demokratiya da təhlükəsizliyin təminatlarından biridir, Ermənistan və Artsax onu möhkəmləndirməlidir.
Tezliklə Artsaxda seçkilərin keçiriləcəyini xatırlatdan Paşinyan bəyan edib: “Düşünürəm ki, Artsaxın mövcud olduğu bütün tarix ərzində keçirilən seçkilər demokratiya planında Artsax Respublikasında və Azərbaycan Respublikasında tamamilə müxtəlif reallıqların olduğunu nümayiş etdirib. Bu, növbəti dəfə sübut edir ki, Artsax və Azərbaycan heç vaxt eyni siyasi məkanda ola bilməz. Çünki artıq 3, 5, 10 il bundan əvvəl Artsaxda demokratiyanın səviyyəsi qonşu ölkəyə nisbətən müqayisəolunmaz dərəcədə yüksək idi və bu fakt nəinki geridönməzdir, düşünürəm ki, Artsaxdakı qarşıdan gələn prezident və parlament seçkilərində daha aydın və parlaq şəkildə üzə çıxacaqdır. Artsax və Ermənistan hakimiyyətlərinin bu məsələ ilə bağlı təsəvvür və yanaşmalarının eyni olmasını son dərəcə vacib hesab edirəm”.
Tərcümə Strateq.az-ındır
Paylaş: