Xəbər lenti

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) müraciətinə baxılıb.

Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 10, 19, 28 və 29  saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb. 

MSK müraciəti qismən təmin edilib və 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə  10, 19, 28 və 29  saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. \\APA




Ana səhifəyə qayıt        Baxış: 452          Tarix: 24-02-2020, 21:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma