Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd İsmayılova Ləman Aləşrəf qızının müraciətinə baxılıb.
Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 3 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.
İclasda daha sonra həmin dairənin 3 seçki ( 29, 30 və 43 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. / Report
Paylaş: