Xəbər lenti

“Arno Babacanyan kimdir axı?! Üzeyir Hacıbəyli müqayisə olunmaz musiqiçidir. Onların adlarının yanaşı çəkilməsi belə qəbahətdir. Üzeyir bəyin əsərini öz adına çıxaran və onu erməni musiqisi kimi təqdim edən gürcü də, erməni də qələt edir. Hər kəs bilir ki, Üzeyir Hacıbəyli “Ər və arvad”, yəni “O olmasın, bu olsun”, o cümlədən “Arşın mal alan” operettalarını 20-ci əsrin əvvəllərində qələmə alıb. Ermənilər ümumiyyətlə o vaxt yox idi”.
Bu sözləri Əqli Mülkiyyət Agentliyinin musiqi eksperti, Xalq artisti, professor Faiq Sücəddinov dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının bir hissəsinin erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilərək “Vaqaraşabat rəqsi” kimi təqdim edilməsinə münasibət bildirərkən deyib. Musiqiçi qeyd edib ki, ermənilər illərdir plagiatlıq sahəsində də siyasət həyata keçirir:
“Onların çirkin siyasətinə sadəcə torpaqlarımızın işğal olunması daxil deyil. İllərdir ki, ermənilər klassik əsərlərimizi, milli musiqi və rəqslərimizi öz adlarına keçirməyə çalışırlar. Mən buna plagiatlıq yox, oğurluq deyərdim. Onlar bununla xüsusi məşğul olur. Sadəcə musiqimizi deyil, mətbəximizi, zarafatlarımızı, hətta adlarımızı da özününküləşdirməyə çalışır və bu istiqamətdə öz strategiyalarını davam etdirirlər. Hətta deyərdim ki, Ermənistanda bununla xüsusi məşğul olan mərkəzlər qurulub.
Əsasən xalq və bəstəkar mahnılarımızı oğurlayırlar. Azərbaycan musiqisi o dərəcədə zəngindir ki, qarşısında ermənilər belə acizdir. Ümumiyyətlə, musiqimizi mənimsəməyə çalışan xalqlar çoxdur. Ermənilərsə bu məsələdə olduqca həyasızcasına davranır, 90-cı illərdən başlayaraq açıq şəkildə belə işlərlə məşğul olurlar”.
Bəstəkar əlavə edib ki, özünün müəllifi olduğu bir çox kompozisiyalar da erməni musiqiçilər tərəfindən mənimsənilib:
“Ermənilər məşhur Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını şəxsi nümunələri kimi təqdim etməyə cəhd göstərir. Bu, birinci və sonuncu dəfə deyil, onların üzərində çox ciddi şəkildə məşğul olduğu bir siyasətdir. Bu məsələdə Müəllif Hüquqları Agentliyi erməni plagiatlığına qarşı mübarizə aparır. Lakin görünən odur ki, onlara zərbə vurmasaq, düzələn deyillər”.
Qeyd edək ki, Khatia Bunyatişvili adlı gürcü pianistin 2016-cı ildə Cenevrədəki çıxışı zamanı dahi bəstəkar Üzeyir Hacıbəyliyə aid olan “O olmasın, bu olsun” musiqili komediyasından oğurlanan “bəstə” “Vaqaraşabat rəqsi” kimi təqdim edilib. \\Publika




Ana səhifəyə qayıt        Baxış: 2 367          Tarix: 30-04-2020, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma