Xəbər lenti


Aralıq dənizində, Kiprdə və Egeydəki hüquqlarımızı və maraqlarımızı sonuna qədər qorumağa davam edəcəyik. FETÖ-dən PKK-ya, erməni və yunan lobbilərindən tutmuş Körfəz qaynaqlı hüsumət ocaqlarına qədər heç bir şər qüvvəyə meydanı buraxmayacağıq. Xaricdəki maliyyə qurumlarının köməyi ilə iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə sıxışdıracaqlarını düşünənləri məyus etməyə davam edəcəyik.
Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarabyadakı Huber köşkündə videokonfrans sistemi vasitəsilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
Prezident Ərdoğan 15 iyul çevriliş cəhdini millətlə birlikdə uğursuzluğa düçar etdikdən sonra “Cumhur İttifaqı” ilə idarəçiliyi daha güclü, daha geniş əsaslı hala gətirdiklərini söyləyib.
Geridə qoyulan təxminən 4 il ərzində hər cür fitnə, böhtan, yalan və təhrik təşəbbüsünə baxmayaraq, “Cumhur İttifaqı”nın Türkiyənin və türk millətinin gələcəyinə sahib çıxmaq prinsipindən vaz keçmədən dimdik dayandığını vurğulayan R.T.Ərdoğan sözlərini belə davam etdirib:
“Məsələ ölkə və millət olduqda, geridə qalan hər şeyi detal olaraq görən bir anlayışla “Cumhur İttifaqı”nı daha da gücləndirməkdə qərarlıyıq. Türkiyənin məruz qaldığı bütün hücumlara baxmayaraq, hədəflərindən vaz keçməməsindən narahat olan dairələrin oynadığı oyunlar bu müqəddəs yola mane ola bilməyəcək. Sərhədlərimizə qarşı təhdid və təcavüzün qarşısını almağa, terror təşkilatlarını və Türkiyəyə düşmən olan qüvvələri öz yuvalarında məğlub etməyə davam edəcəyik. Aralıq dənizində, Kiprdə ve Egeydəki haqlarımızı və maraqlarımızı sonuna qədər qorumağa davam edəcəyik. FETÖ-dən PKK-ya, erməni və yunan lobbilərindən tutmuş Körfəz qaynaqlı hüsumət ocaqlarına qədər heç bir şər qüvvəyə meydanı buraxmayacağıq. Xaricdəki maliyyə qurumlarının köməyi ilə iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə sıxışdıracaqlarını düşünənləri məyus etməyə davam edəcəyik”.



Ana səhifəyə qayıt        Baxış: 2 494          Tarix: 12-05-2020, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma