Xəbər lenti


"Ermənistanın ölkəmizin ərazisinə (işğal olunmuş torpaqlara) öz vətəndaşlarını, eləcə də başqa ölkələrdən gələn (gətirilən) erməniləri, köçürməsi beynəlxalq hüququn sıradan pozuntusu deyil. Bu, beynəlxalq cinayətdir".
 
Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Erkin Qədirli bildirib.
 
"Bu cinayətin təsbiti Beynəlxalq Cinayət Məhkəməsinin  (BCM) Nizamnaməsində verilib (maddə 8, hissə 2, bənd (b), alt-bənd (VIII)). BCM üzvü olsaydıq, özümüz İttihamçıdan araşdırmanın başlamasını xahiş edə bilərdik. BCM üzvü olmadığımızdan bunu edə bilmərik.

Amma Birləşmiş Millətlər Təşkilatının  Təhlükəsizlik Şurasının qarşısında bu məsələni qaldıra bilərik. Təhlükəsizlik Şurası dünyanın istənilən ölkəsində vəziyyəti BCM-yə göndərə bilər (araşdırmaq üçün). Belə halda, ərazisində beynəlxalq cinayətin törədildiyi güman olunan dövlətin BCM-də üzv olmasına gərək qalmır. Ölkəmizin rəhbərliyi bu fürsəti sınamalıdır, məncə. Üstəlik, orada ölkəmizin yararına başqa imkanlar da açıla bilər", - deyə E.Qədirli qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 2 829          Tarix: 15-08-2020, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma