Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək uğrunda başladığı hərbi əməliyyatlar düşmən Ermənistanın üzləşmiş olduğu iqtisadi-sosial problemləri daha da çətinləşdirəcək. Həm əhalisinin sayına, həm iqtisadi qüdrətinə görə Azərbaycandan dəfələrlə geri qalan Ermənistanın ölkəmizlə mübarizədə məğlubiyyətə uğrayacağı artıq heç kimdə şübhə doğurmur.
Hərbi əməliyyatlar başlayan ilk günlərdən Nikol Paşinyan hökuməti xarici mərkəzlərə, erməni diasporuna yardım yalvarışları ünvanlamaqdadır. Ermənistanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə orduya dəstək adı altında vəsaitlərin toplanmasına başlanıb. Necə deyərlər, dilənçi dilənçiliyini heç vaxt yaddan çıxartmaz.
Paşinyan hökuməti üçün qara günlər 2020-ci ilin əvvəlindən başlayıb. Belə ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində güzəşt dövrü bitdiyi üçün ilin əvvəlindən Ermənistanda 900 növdən çox idxal məhsulunun qiyməti 15-20 faiz bahalaşıb. Eyni zamanda yanvardan etibarən Rusiya Ermənistana satdığı qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollara qaldırıb. Ermənistanda aztəminatlı ailələr ildə 600 kubmetrə qədər qazı hər min kubmetri 100 min dram(208 dollar), ondan yuxarı həcmi isə 139 min dram(290 dollar) ödəməklə alırlar.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 2200 kubmterə qədər qazın hər min kubmetri əhaliyə 100 manata(58,8 dollar), ondan yuxarı həcm isə 200 manata(117,6 dollar) satılır. Əhalinin 85 faizi bu limit daxilində qaz istehlak edir. Ermənistanda isə bu göstərici heç 30 faizə belə çatmır.
Əlbəttə, müqayisəni qüsurlu sayıb, Azərbaycan qaz istehsalçı və ixracatçısıdır demək olar. Lakin məsələ burasındadır ki, Ermənistan hakimiyyəti təbii qaz kimi strateji məhsulun idxalçısı olmaqla yanaşı, ölkənin qaz təchizatı şəbəkəsinin də sahibi deyil. Ermənistanın qazla təchizatı Rusiyaya məxsus “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom-Armeniya”nın əlindədir. Bu şirkət Ermənistanın elektrik enerjisi ilə təminatında da aparıcı yer tutur.
Bunun nəticəsidir ki, Paşinyanın bütün cəhdlərinə rəğmən, Rusiya mart ayından etibarən Avropaya 80 dollara satdığı qazın qiymətində Ermənistan üçün heç bir güzəştə getmədi.
Ermənistanın yalnız qaz-enerji təchizatı deyil, dağ-mədən sənayesinin mühüm hissəsi də Rusiya şirkətlərindədir. Bu şirkətlərin bütün təchizatı Rusiyadan həyata keçirilir.
Hazırda Ermənistan Rusiyaya borclu MDB dövlətləri arasında 3-cü yerdədir. Təkcə 2015-ci ildə Rusiyanın Ermənistana verdiyi silahların müqabilində Moskvaya 300 milyon dollardan yuxarı borcu yığılıb. Metsamor AES-ə görə də ölkənin Rusiyaya borcu yaranıb – stansiyanın istismarı əsasən Rusiya mütəxəssisləri və Rusiya xammalı hesabına həyata keçirilir.
Yeri gəlmişkən, Ermənistanın xarici dövlət borcu sürətlə artır. Təkcə bu ilin iyul ayında xaricdən 221 milyon dollar borc alan Paşinyan hökuməti hətta yerli ekspertlərin, müstəqil fikirli insanların kəskin tənqidi ilə üzləşib. Ölkənin ümumi xarici dövlət borcu 8 miyard dolları keçib. 2019-cu ildə Ermənistanın ÜDM-i 13,67 milyard dollar olub. 2020-ci ildə bu həcm 6 faiz azalıb. Beləliklə, 8 milyard dollarlıq xarici borc ölkə ÜDM-nin 60 faizindən yuxarı olub.
Koronavirus pandemiyasının yaratdığı ağır sosial yük sıravi ermənilərin çiyinlərinə buraxılıb. Paşinyan hökumətinin biznesi və əhalini dəstəkləmək üçün ayırdığı vəsait dəyən zərərin 20 faizi həcmində belə deyil. Yerli iqtisadçılar hökuməti pandemiyanın təsirlərinə adekvat addımlar atmamaqda, əhalini və biznesi qorxunc xəstəliklə mübarizədə təkbaşına buraxmaqda ittiham edirlər.
Paşinyan hökuməti isə hətta pandemiyadan da xaricdən borc dilənmək üçün istifadə edir. Hökumət pandemiyanın yaratdığı xərcləri qarşılamaq üçün beynəlxalq maliyyə təşkilatlarından irihəcmli borclanmaya gedib.
Ermənistanın Azərbaycanla müharibəyə davam gətirə bilməyəcəyi heç kimdə şübhə doğurmur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, hərbi əməliyyatların başlandığı ilk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxminən 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib: “ Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da yaradılmasına düşmən tərəfi onilliklər sərf edib. Ermənistanın hərbi texnika və sursat itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir. Nəzərə almaq lazımdır ki, Ermənistanın itkiləri təkcə hərbi infrastruktur, hərbi texnika və sursatla bitmir. Erməni tərəfi həm də müharibənin maliyyələşdirilməsi zərurəti və canlı qüvvə tələfatı ilə üzləşir.”
V.Qasımlı deyib ki, belə resurstutumlu müharibəni maliyyələşdirmək üçün Ermənistanın dövlət büdcəsi yetərli deyil: “Dövlət borcu ÜDM-in 60 faizi və büdcə kəsiri ÜDM-in 5 faizi həddində olan ölkənin resurstutumlu müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Srateji valyuta ehtiyatlarına görə Azərbaycan Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsinin həcminə görə isə 5 dəfəyə qədər üstələyir".
İcraçı direktor həmçinin bildirib ki, artıq Ermənistan milli valyuta - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın, onsuz da, yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da riskli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir".
Qeyd edək ki, Ermənistanda orta aylıq əmək haqqı 369 dolar, pensiya 84 dollar, minimum pensiya 55 dollar təşkil edir. Azərbaycanda isə orta aylıq əmək haqqı 430 dollar, orta pensiya 155 dollar, minimum pensiya 118 dollardır.
Beynəlxalq mərkəzlərin hesabatlarından aydın olur ki, Azərbaycan ordusu həm sayına, həm maddi-texniki, müasir növ silahlarla təchizatına görə Ermənistan ordusundan qat-qat üstün vəziyyətdədir. Hərbçilərin say nisbətini müqayisə etməyə dəyməz: Ermənistanda əhalinin ümumi sayının cəmi 2,9 milyon nəfər təşkil etməsi fonunda Azərbaycanda 10 milyon 100 min nəfərə çatır, demoqrafik resurslar isə hərbi əməliyyatların aparılması baxımından strateji əhəmiyyət daşıyır.
Ordunun təchizatına ayrılan xərclərin həcmi baxımından Azərbaycanın Ermənistanı dəfələrlə geridə buraxdığı da heç kimə sirr deyil: 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsi 2,4 milyard ABŞ dolları, Ermənistanın hərbi büdcəsi isə 625 milyon dollar təşkil edir.
Azərbaycan ağır artilleriya, özüyeriyən atıcı qurğular, müasir tipli artilleriya qurğuları, tank və piyadaların döyüş maşınları ilə təchizat baxımından Ermənistanı böyük sayla üstələyir. Burada söhbət Ermənistanla Dağlıq Qarabağdakı xunta rejiminin birgə malik olduğu silahlardan gedir.
Bir neçə il əvvəl Ermənistan pilotsuz uçuş aparatları istehsalına başladığını elan edib. Lakin bir həftəlik hərbi əməliyyatlar göstərdi ki, bu, sadəcə, blef imiş. Azərbaycan İsrail və Türkiyədən aldığı, həmçinin özünün istehsal etdiyi PUA-larla ermənilərin atəş nöqtələrini böyük dəqiqliklə məhv edir. Bu “canlı sursat”larla Azərbaycan Ermənistana məxsus bahalı döyüş texnikası və silah-sursat anbarlarını rahatlıqla məhv edir.
Beləliklə, ən səthi müqayisə belə göstərir ki, Ermənistanın Azərbaycanla həm hərb meydanında, həm sosial-iqtisadi baxımdan, həm də insan və maliyyə resursları baxımından mübarizə aparmaq imkanları qat-qat, azı 5 dəfə aşağıdır. Və hərbi əməliyyatların daha bir həftə davam etməsi düşmən qonşunun yalnız hərbi deyil, iqtisadi baxımdan da iflasına gətirib çıxaracaq.
Bu faktlar göstərir ki, Ermənistanın artıq aclıq, səfalət içərisinə düşməsi, cəbhədə ordumuzla vuruşa bilməməsinin səbəbi heç də səbəbsiz deyil. Azərbaycan regionun lider dövlətidir və Ermənistanı qısa müddətdə məğlub etmək qüdrətindədir.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar