Xəbər lenti


İran Ordusunun Komandanlıq və Qərargah Universitetində Dağlıq Qarabağ böhranının geosiyasi aspektləri müzakirə olunub.
Strateq.az ISNA-ya istinadla xəbər verir ki, toplantıda bir sıra tanınmış politologiya mütəxəssisləri iştirak edib.

Görüşdə Dağlıq Qarabağ müharibəsinin bölgədəki inkişaflara, o cümlədən qonşu ölkələrə, xüsusən də İran İslam Respublikasının təhlükəsizliyinə təsirləri, həmçinin, regional və transbölgə aktyorlarının rolu və s. barədə fikir mübadiləsi aparılıb.

Siyasət elmləri və beynəlxalq münasibətlər sahəsində professor və mütəxəssislər, o cümlədən beynəlxalq münasibətlər üzrə ekspert İbrahim Müttəqi, Qafqaz məsələləri üzrə mütəxəssislər Məcid Kərimi və Mehdi Vəcdani, Azərbaycan məsələləri üzrə ekspert Əli Seyfi böhranın müxtəlif aspektlərini müzakirə ediblər.

İbrahim Müttəqi Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyətini vurğulayaraq bildirib ki, keçmişdə İranın qərb və cənub bölgələri böhran bölgələri olaraq qəbul edilirdi, amma bu gün ölkənin şimal-qərb bölgəsi də bu sıraya daxil olunub.

İclasda, həmçinin, ikinci Dağlıq Qarabağ müharibəsinin səbəbləri, bölgədəki ərazi iddialarının tarixi, Dağlıq Qarabağ böhranında regional güclərin məqsədləri və maraqları, eləcə də Ermənistanla Azərbaycan arasındakı atəşkəs razılaşması müzakirə edilib.



Ana səhifəyə qayıt        Baxış: 1 992          Tarix: 1-12-2020, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma