Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının iclasında prezident Vladimir Putin ilk dəfə Ermənistan baş naziri Nikol Paşinyana dəstək ola biləcək sözlər dedi – bəli, görünür, erməni baş naziri günün böyük hissəsini nahaq yerə telefon arxasında keçirməyib...
Baxmayaraq ki, nüfuzlu əcnəbi və yerli ekspertlər artıq N.Paşinyanı siyasi meyit sayır və onun ən yaxşı halda birinci müddətini başa vuracağını güman edirlər, bununla belə, politoloji mühitdə belə bir təxminlər var ki, hər halda, Putinin sözləri Ermənistanın qazan kimi qaynayan siyasi mühitinə stabilləşdirici təsir edəcək və indiki halda bunun özü də çox mühümdür, çünki erməni siyasi mühiti çox turbuluzə olub və burada daban-dabana zidd bəyanatların səslənməsi adi haldır: bir tərəfdən insanlar hökumətdən uşaqlarını Dağlıq Qarabağa göndərməməyi tələb edirlər, o biri tərəfdən də Paşinyanı təslimçi sazişə imza atmaqda ittiham edirlər.
Yox, biz burada qətiyyən keçmiş rusiyalı inqilabçı demokratlar A.Gertsen və N. Çernışevski kimi “Kimdir müqəssir?” və “Nə etməli?” kimi suallar verməyəcəyik. Bizim missiyamız daha təvazökardır – biz burada “Kim haqlıdır?” və ya “N.Paşinyanın düşdüyü vəziyyətdən çıxış yolu var idimi?” kimi sualların ətrafında gəzişəcəyik.
Məsələnin birinci aspektinə gəldikdə, təəssüf ki, ermənilər düşdükləri vəziyyətdən hələ də normal, məntiqli nəticələr çıxarmağa meylli görünmürlər. Bəli, biz gecə-gündüz “halva-halva” deyə bilərik, amma bundan ağzımız şirin olacaqmı? Ermənilər də illərlə təkcə tarixi mövzularda yox, həm də onların guya çox güclü ordularının olması haqda, guya bu ordunun köməyilə azərbaycanlıları necə məğlub etmələri haqda nağıllar uydurublar...
Halbuki ilk illərdə onların “uğur”larının resepti çox sadə idi: müstəqilliyin ilk illərində Azərbaycanın, hələ nəinki güclü, heç nizami ordusu belə yox idi, ölkədə permanent siyasi xaos və anarxiya, çevrilişlər davam edirdi. Bundan və bir də bölgədəki rus hərbi hissələrinin imkanlarından istifadə edən erməni quldurları, demək olar ki, ciddi müqavimətlə rastlaşmadan bizim böyük-böyük rayonlarımızı biri-birinin ardınca götürürdü və bunu müvəqqəti halların, təsadüflərin nəticələri kimi yox, özlərinin və ordularının hərb sənətlərinin məharəti və onların yüksək səviyyədə olması ilə izah edirdilər.
İndi onların bir daha bütün bunları düşünüb-daşınması üçün yetərincə vaxtları və imkanları var.
Onlar isə belə hesab edir ki, müharibəni yox, onun bir mərhələsini uduzublar. Amma hər gün əmin olursan ki, qəti belə deyil, ermənilər bu müharibəni birdəfəlik uduzublar və çox yaxşı olardı ki, onlar üçtərəfli razılaşmanın digər detalları haqda düşünsünlər: Bakı və Moskva mühüm mərhələni, rayonların boşaldılmasını təmin edə bildilər.
Bundan sonra tərəflər yəqin ki, digər vacib məsələləri, blokadanın götürülməsini və Dağlıq Qarabağda qalaraq yaşayan ermənilərin hüquqi identifikasiya problemlərini həll etməyə cəhd edəcəklər.
Sonuncu detal bizim üçün çox, olduqca vacib bir məsələdir. Ermənilərin yaşadıqları ərazilərin Ermənistanın anklavı kimi idarə olunması və yaxud da Abxaziya, Cənubi Osetiya və Krımda olduğu kimi, onların da Rusiyanın hüquqi çətirinin altına keçməsi heç bir halda Azərbaycanın maraqlarına cavab vermir, çünki biz ərazi bütövlüyümüzün qismən yox, total şəkildə təmin olunmasını tələb edirik və düz də edirik.
Odur ki, Paşinyanın razılaşmanın punktlarına əməl etməkdən savayı yolu yoxdur. Ermənilər ümid edirdilər ki, Fransa və onun prezidenti suyu tamam bulandıracaq. Amma alınmadı. Belə məlum oldu ki, Senatın hoqqabazlığı erməni mənşəli seçiciləri ovundurmaq cəhdindən savayı bir şey deyil–hər halda, hələlik təxmin ediləsi budur, amma oyunbazlıq hələ də davam edir.
İndi C.Baydenin “taxta çıxması”nı gözləyirlər. Amma əbəsdir! ABŞ sadəcə, problemin tez həll olunmasında maraqlıdır, üstəlik, heç bir vaxt bu prosesdə Moskvanı önləməyə çalışmayıb, əksinə, daim hesab edib ki, tarixi, coğrafi və s. motivlərə görə Rusiyanın problemi çözə bilmək imkanları daha çoxdur.
Bəs onda N.Paşinyan nələrdə haqlı çıxmadı? Baş nazirliyinin ilk aylarında o bir dəfə dedi ki, xalqları sülhə hazırlamaq lazımdır. Etiraf edirik ki, biz o vaxt bunu münaqişənin nizamlanmasına yönəlik pozitiv cəhd kimi qəbul etdik. Amma biz bilmirdik ki, erməni baş naziri bir gün bir söz, ertəsi günsə tamam başqa söz deyə bilər, çünki onun özünə və sözünə qarşı senzurası yoxdur. Məhz belə də oldu. Paşinyan müdafiə nazirinin səfeh bəyanatlarını dayandırmaqdansa, onunla hərbi ritorikada yarışmağa başladı.
Nəticə də göz önündədir. Müdafiə naziri D.Tonoyan dərisini istefa verməklə qurtardı. Paşinyan isə hələ təslimçi aktın bütün yükünü daşımalı olacaq, - bəli, o aktın ki, o, həm də onun uzağı görə bilməməsinin nəticəsində baş verdi. Amma ona bu, əvvəldən deyilmişdi!
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar