Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:31
Bu gün, 17:29
Bu gün, 17:00
Bu gün, 12:20
Bu gün, 10:21
Dünən, 17:22
Zəfər Paradı ilə Azərbaycan fərqli inkişaf mərhələsinə keçdi, bir üst səviyyəyə yüksəldi, Ermənistanı isə "uçurumun dibi"nə tulladı...
Ermənilər bundan sonra müharibə anlayışını unutmalı, silahla oynamaq istəsələr isə sadəcə, hələlik əllərində qalan Göyçə gölü ətrafında "raqatka" ilə kəklik ovlasalar, onlara kifayət edər...
İndi ermənilər daha ağıllı olmalıdırlar, iki ölkə arasında yeni sərhədləri təsdiqləyib, yekun sülh sazişinin imzalanmasına çalışmalıdırlar...
Azərbaycan tarixinin ən şanlı günlərini həm yaşayırıq, həm də şahidlik edirik. Bu elə bir tarixdir ki, haqqında əsrlər boyu, Azərbaycan var olduqca, danışılacaq, barəsində əsərlər yazılacaq, ən xırda detallarına qədər təhlil olunacaq, araşdırılacaq. Gələcək nəsillərə möhtəşəm zəfər irsi və örnək olaraq, ötürüləcək.Bəli, Zəfər Paradımızı Azərbaycanın Azadlıq meydanında keçirdik. Tarixi qələbəmizi qeyd etdik. Tarixi düşmənə, tarixi gözdağı verdik. Və düşmən bundan sonra (əgər, mövcudluğunu qoruya bilsə...) onilliklər, hətta əsrlər boyu bu gözdağının əzikliyini daim yaşayacaq.
Azərbaycan isə Zəfər Paradı ilə 30 illik bir tarixi mərhələni yekunlaşdırdı. Yeni tarixi mərhələyə qədəm qoydu. Azərbaycan 44 günlük hərbi zəfər ilə mərhələ adladı, bir üst səviyyəyə keçid aldı. Bundan sonra Azərbaycanın inkişaf yolu açıqdır.
İndi bir də düşmən Ermənistan tərəfə ötəri də olsa, nəzər salaq. Həm hərbi-siyasi, həm də mənəvi-psixoloji cəhətdən darmadağın olmuş vəziyyətdədirlər. Nə edəcəklərini belə, bilmirlər. Günlərdir, xain hesab etdikləri baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Ancaq buna da nail ola bilmirlər.
Baş nazir Nikol Paşinyan isə öz əleyhdarlarına meydan oxuyur. Hətta bəzi hallarda, ələ də salır. Hakimiyyəti kimsəyə buraxmayacağını, kreslosunu qorumaq üçün hər şeyə hazır olduğunu vurğulayır: "İstefa verib, qaçmaq niyyətim yoxdur. Baş nazirin kim olması müxalifətin işi deyil. Bu ölkəni illərlə soyan müxalifət liderləri yenidən hakimiyyətə gəlmək dərdindədirlər. Bunun üçün bəhanə axtarırlar. Ölkəni onların əlinə buraxmaq olmaz".
Yəni, Nikol Paşinyan demək istəyir ki, onun istefasını tələb edənlər Ermənistanı istismar etmiş şəxslərdir, cinayətkarlardır. Əslində, bu "cinayətkar" məsələsində haqsız da deyil. Çünki, Köçəryan-Sarkisyan klanının hərbi cinayətkar olduğu Azərbaycanda da hər kəsə bəllidir. Ancaq N.Paşinyan da hərbi cinayətkardır. Və nə vaxtsa, öz layiqli cəzalarını mütləq alacaqlar.
Ancaq hələlik bu cinayətkar qruplar öz aralarında savaşırlar. Azərbaycana müharibədə məğlub olmaları onları iç savaşa sürükləyib. Hakimiyyəti ələ keçirmək və ya qorumaq dərdinə düşüblər.
Elə keçmiş prezidentləri Levon Ter-Petrosyan da bunu Ermənistan üçün ən böyük təhlükə hesab edir: "Belə davam edərsə, Ermənistanın mövcudluğu sual altına düşə bilər".
Maraqlıdır ki, Azərbaycan Zəfər Paradı keçirən anlarda Ermənistanın küçə və meydanlarında kütləvi iğtişaşlar baş verməkdəydi. Polis baş nazir Nikol Paşinyanın istefasını tələb edirləri kötəkləyib, həbs etdirdi. Bəzi nümayişçilərsə, ona qədər baş nazir Nikol Paşinyanın kortejini yumurta atəşinə tutmağa imkan tapmışdılar. Bu, bir dövlətin fiaskosu, iflası deməkdir.
İndi bunların Cənubi Amerika ölkələrində kriminal keçmişi ilə "şöhrət" qazanmış xarici işlər naziri Ara Ayvazyan yenə təhdid dili ilə danışmağa çalışır. Yeni müharibənin olmaması üçün Azərbaycan və Türkiyənin Ermənistana güvən verməsinin vacibliyini qabardır.
Ənənəvi erməni qafasıdır. Adama deyərlər, sən kimsən ki, hələ bir sənin güvənini qazanmaq üçün kimsə zaman da xərcləsin? Əksinə, Ermənistan mövcud olmaq istəyirsə, Azərbaycan və Türkiyənin güvənini qazanmaq üçün dəridən-qabıqdan çıxmağa məcburdur. Əks halda, gələcəkdə bir dövlətləri olmaz və Cənubi Qafqaza yalnız turist kimi səfərlər etməli olarlar.
Cəmisi bir neçə ay əvvəl bunların lovğa müdafiə naziri D.Tonayan da yeni müharibədən dəm vururdu, yeni torpaqların işğal ediləcəyinin "müjdə"sini verirdi. Cavabın necə olduğu, yeni müharibənin necə nəticələndiyi hər kəsə məlumdur.
Ağıllarını başlarına yığıb, yeni müharibə xülyalarından əl çəkməsələr, nəticəsinin daha fəlakətli olacağını mütləq görəcəklər. Çünki, 44 günlük savaşın ilk üç günündə 10 mindən çox fərrarisi olmuş bir ölkənin müharibədən danışması gülüncdür.
Bir də ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Paradında söylədiklərini heç vaxt unutmamalıdırlar: "Zəngəzur, Göyçə və İrəvan mahalı da tarixi Azərbaycan əraziləridir..."
Azərbaycan Prezidentinin bu sözləri Ermənistana sərt xəbərdarlıq xarakteri daşıyır. Prezident İlham Əliyev növbəti müharibənin ermənilərə hansı itkilər hesabına başa gələ biləcəyini elə indidən anlatmağa çalışır.
Ona görə də, ermənilər onların qabiliyyəti ilə tərs mütənasib olan maksimalizdən uzaqlaşmalıdırlar. Duracağı yer bilməlidirlər və hələlik əllərində qalan minimumu qorumağa çalışmalıdırlar. Əks halda, heç nəsiz qala bilərlər.
Bundan sonra ermənilər nəinki müharibə anlayışını, ümumiyyətlə, dünyada hansı silahların olduğunu da unutsalar, onların özləri üçün daha yaxşı olar. Çünki cəmisi 44 günlük savaş sübut etdi ki, ermənilər vuruşmağı bilmirlər. Hərbi sahəsi cəsur millətlərin işi olduğunu üçün qorxaq ermənilərdən çox-çox uzaqdır. Ermənilər bundan sonra sadəcə, hələlik əllərində olan Göyçə gölü ətrafında "raqatka" ilə kəklik ovlasalar, onlara kifayət edər.
Hələlik isə ermənilər ağıllı olmalıdırlar, iki ölkə arasında yeni sərhədləri təsdiqləyib, yekun sülh sazişinin imzalanmasına çalışmalıdırlar. Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan artıq bu istiqamətdə ciddi proseslərin getdiyini etiraf edib.
O, bildirib ki, iki ölkə arasında sərhədlərin müəyyən edilməsi prosesinə də Rusiya vasitəçilik edir. Üstəlik, bu prosesdə 1928-29-cu illərə aid xəritələrdən istifadə edilir: "Azərbaycan-Ermənistan arasındakı sərhədlərin dəqiqləşdirilməsi üçün XX əsrin əvvəllərindəki xəritələrdən istifadə edilir, lakin digər sənədlər də var...
Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanın bu barədə açıqlamasının növbəti bölümü daha maraqlıdır: "İki ölkə arasındakı hüquqi sərhədlər Azərbaycan Milli Məclisi tərəfindən tam dəqiqləşdiriləcək. Bu barədə daha ətraflı məlumat verə bilmərəm".
Göründüyü kimi, hüquqi sərhədlərin dəqiqləşdirilməsi prosesi tamamilə Azərbaycan parlamentinin nəzarəti altındadır. Rəsmi Bakı sərhədləri tarixi ədalətə, Azərbaycanın tarixi hüquqlarına uyğun müəyyən etmək niyyətindədir.
Buradan belə nəticə çıxartmaq olar ki, Azərbaycan Ermənistana sərhədlərin haradan keçməli olduğunu birtərəfli qaydada diktə edir. Ermənistan isə rəsmi Bakının diqtəsinə uymaq məcburiyyətindədir.
Rəsmi Bakı bu məsələdə prinsipial mövqe tutmaqda tamamilə haqlıdır. Birincisi, Azərbaycan savaşda qətiyyətli qələbə qazanmış ölkədir. Savaşın qaydaları belədir ki, qalib ölkənin tələbləri müzakirə edilməz, sadəcə, yerinə yetirilər.
Digər tərəfdən, Azərbaycan Ermənistan ilə öz hüquqi sərhədlərini müzakirə etməyə ümumiyyətlə, məcbur deyil. Çünki, Ermənistan tarixi Azərbaycan ərazisində qeyri-qanuni şəkildə uydurularaq, qurulmuş dövlətdir. Tarixdə Cənubi Qafqaz coğrafiyasında Ermənistan və ya ermənilərə aid ola biləcək hər hansı dövlət olmayıb.
Beləliklə, cəmisi 44 günlük savaş regionda çox şeyi, eləcə də 30 illik situasiyanı dəyişdi. Azərbaycan mərhələ adlayıb, bir üst səviyyəyə keçməklə kifayətlənmədi. Yəni, buna paralel olaraq, Ermənistanı bir və ya hətta bir neçə səviyyə aşağıya, "quyunun dibi"nə atdı. Çıxa biləcəklərmi, bunu zaman göstərəcək...
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər