Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Ermənistanda daxili siyasi gərginlik davam edir və Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən etiraz aksiyalarının genişləndirilməsi istiqamətində addımlar atıldığı müşahidə olunur.
Lakin siyasi müxalifət Qarabağ Müharibəsindəki acı məğlubiyyətə rəğmən geniş əhali kütlələrini hakimiyyətə qarşı mübarizəyə cəlb etməkdə çətinlik çəkir.
“Müxalifətin tezliklkə uğur qazanacağına ümid etməyə dəyməz”.
“AzPolitika.info” xəbər verir ki, bu fikri erməni mətbuatına açıqlamasında politoloq, Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyan deyib.
Politoloq qeyd edib ki, etiraz aksiyaları nəticəsində Paşinyanın hakimiyyəti tərk etməsi ehtimalı olsa da, bunun tezliklə baş verəcəyini söyləmək çətindir. Çünki əhalinin təkcə haklimiyyətə deyil, müxalifətə də münasibətinin müsbət olduğunu söyləmək olmaz.
Mikaelyan deyib ki, indiki siyasi müxalifət “özünəməxsus eqoizmi” ilə seçilir. Ona görə də əhalinin böyük kütləsini etirazlara cəlb edə bilmir.
Politoloqun fikrincə, 2018-ci ildə Paşinyanın rəhbərlik etdiyi “məxməri inqilab” zamanı etiraz aksiyaları daha mükəmməl şəkildə təşkil olunmuş, bütün detallar xırdalıqlarına qədər nəzərə alınmışdı: “Burada isə əksinə, koordinasiya və planlaşdırma səviyyəsi aşağıdır. Baş nazirin özünün hakimiyyəti saxlamaq şansı var. Əgər baş nazir məğlubiyyətə məhkum olunduğunu düşünsəydi, artıq müxalifətlə danışıqlara getmişdi.”
Politoloq hesab edir ki, əhalinin kütləvi şəkildə müxalifətə qoşulmaq istəməməsi orada təmsil olunan siyasi qüvvələrə inamsızlıqdan irəli gəlir: “Əhalidə Qarabağda baş verənlərlə bağlı geniş narazılıq var. Bu narazılıq təbii ki, yüz faizlik deyil, lakin kifayət qədər genişdir. Ancaq müxalifət Paşinyanın Qarabağa dair siyasətindən narazı qalanların hamısını səfərbər edə bilmir. Həmçinin, müxalifət sıralarında çoxlu sayda elə simalar var ki, əhalinin onlara münasibəti birmənalı deyil...”
Bütün bunlarla yanaşı, Q.Mikaelyan qeyd edib ki, Paşinyanın hakimiyyətdə qalma şansını şişirtmək də doğru olmaz. Çünki etirazların səbəb olduğu Qarabağ problemi aktuallığını qoruyur. Və Paşinyan nə qədər çalışsa da, bu problemi unutdura, ondan yan keçə bilməyəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar