Xəbər lenti
Dünən, 23:44
Dünən, 22:58
Dünən, 20:16
Dünən, 18:31
Dünən, 12:20
Dünən, 10:21
11-01-2025, 22:26
11-01-2025, 22:10
11-01-2025, 21:15
11-01-2025, 20:45
11-01-2025, 19:53
11-01-2025, 18:20
11-01-2025, 17:50
Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti Dağlıq Qarabağdakı mövcud vəziyyəti qiymətləndirən məqalə dərc edib. Aybike Eroğlunun “Rusiya razılaşmanı pozdu” adlı yazısında deyilir:
Azərbaycanla Ermənistanın imzaladığı razılaşmaya əsasən, “Sülhməramlılar” olaraq Qarabağda yerləşirilən Rusiya qüvvələri bu məramı aşaraq işğal gücünə çevrilməkdədirlər. Razılaşmaya görə, Dağlıq Qarabağdakı təmas xəttində və Laçın dəhlizində yerləşdirilən rus hərbçilərinin sayı 1960 nəfərdən artıq olmamalıdır. Lakin hərbçi, məmur, texniki mütəxəssis, həkim, tibb bacısı və tikinti işçisi adı altında Dağlıq Qarabağa göndərilən rusların sayı 5 min nəfəri keçib. Hər birində 300 hərbçinin qalacağı 32 ədəd modul tipli zastavanın yaradılacağı bildirilir. Bu isə hərbçilərin sayının 10 min nəfərə çatacağı deməkdir.
Rusiya hökuməti mövcud əsgərlərlə yanaşı regiona fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını, texniki mütəxəssisləri, səhiyyə müəssisələrində işləyəcək həkim və tibb bacılarını, tikinti işlərində çalışmaq üçün inşaat mütəxəssislərini köçürüb. Rusiyanın regiondakı varlığını artırması narahatlıq doğurur.
Tam təhcizatlı təlim
Rusiyanın sülhməramlı adı ilə regiona daxil olan əsgərlərinin Qarabağın sıldırım rayonlarında tam təhcizatlı təlimlər keçirməsi də suallar doğurur. İstər Ermənistan qüvvələri, istərsə də separatçı qondarma “Dağlıq Qarabağ rəhbərliyi” ilə görüşən Rusiya qüvvələrinin buradakı səmimi fotoşəkilləri Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradıb. Regionda Rusiya qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq bölgələrdə fəal fəaliyyət göstərərək, müxtəlif hücumlar eləməsi də düşüncələrdə sual işarələri yaradır.
Daha çox adam göndərdilər
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, qarabağlı Ümid Mirzəyev bildirir: “Əldə olunan razılaşmaya görə, Rusiya sülhməramlıları 1960 nəfər hərbçi olmalıdır. Sayının 5-10 min olduğunu zənn eləmirəm, lakin ruslar daha çox adam göndərdilər. Rusların nəzarəti altındakı ərazilərdə ermənilərdən qalan silahlı qüvvələrin tamamilə çıxarılması lazım idi. Rus komandanlığı erməni kəşfiyyatçıları ilə çox xoş davranırlar. Dağlıq Qarabağın bayrağı altında müxtəlif pozalar verirlər, bunlar ürəkaçan məsələlər deyil Azərbaycan ordusu Türkiyənin liderliyi ilə bölgədə türk əsgərlərinin çox olmasına üstünlük verilməlidir. Bu məsələ ilə bağlı qərarların verilməsi lazımdır”.
İşlər yolunda deyil
Rusiya sülhməramlılarının Xankəndinə səfərini xatırladan Bayburt Universiteti əməkdaşı Ramin Sadıqov deyib: Burada sülhməramlılara “xoş gəlmisiniz” mərasimi keçirildi. Tort kəsildi. Lakin tortun üzərində iki bayraq var idi. Separatçı qüvvələrin bayraqları ilə çəkdirilən bu şəkillər cəmiyyətdə xoş qarşılanmır”. Sadıqov rusların separatçı qüvvələri tərəf olmaqla görməsinin yanlış olduğunu qeyd edib: “Rəsmi olaraq bildirməsələr də, davranışları tərəf olduqlarını göstərir. Qondarma fövqəladə hallar təşkilatı ilə, qondarma “dövlət başçıları” ilə görüşlər keçirirlər. Bunlar razılaşmaya zidd davranışlardır. Orada tərəf olan Azərbaycan ilə Ermənistandır”.
32 modul tipli zastavada əlavə 10 min hərbçi
Rus ekspert Maksim Şevçenkonun bu günlərdə verdiyi açıqlamaları diqqətə çatdıran Bayburt Universitetinin müəllimi Ramin Sadıqov söyləyib: “Rus mütəxəssis regionda 32 ədəd modul tipli zastavanın yaradılmasının planlaşdırıldığını bildirib. 32 zastavanın hər birinə 300 nəfərin yerləşdiriləcəyi bildirilir və incə bir hesab aparılır. Bu hesaba görə, regiona gedəcək Rusiya hərbçilərinin sayı 10 minə çatır”. Sadıqov bu zastavalardan ikisinin qurulduğunu bildirib, qalan binaların nə zaman inşa ediləcəyinin bilinmədiyini söyləyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər