Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Rəsmi Tehran narahatdır və Vaşinqtonu hədələyir
Donald Trampın administrasiyası iqtidarda olduğu son üç həftə ərzində İranın regional maraqlarına qarşı hərbi hücum əmri verə bilər. Rəsmi Tehran bunu mümkün sayır və hadisələrin belə bir ssenari ilə inkişafından çəkinir. Belə bir təqdirdə isə İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına cavab atəşi açacağı barədə xəbərdarlıq edib. Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tramp administrasiyası İrana hücum üçün bəhanə axtarır. Bölgədə iki ABŞ B-52 bombardmançı təyyarəsinin görünməsi və Hind okeanına göndərilən bir ədəd qırıcı təyyarə daşıyan gəmi narahatlığı daha da artırıb.
ABŞ son 4 ildə İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib, ilk fürsətdə hərbi müstəvidə əzələ nümayişi sərgiləyib.
İranın xarixi işlər naziri Tweeter hesabında yazır ki, Donald Tramp Covid-lə mübarizə aparmaq əvəzinə İranla müharibəyə başlamaq üçün bəhanə axtarır: “İran müharibə istəmir. Ancaq açıq və birbaşa şəkildə öz xalqını, təhlükəsizliyini və həyatı maraqlarını qorumaqda qərarlıdır”.
Britaniya qəzeti xatırladır ki, bir il əvvəl bazar günü ABŞ dronu nüfuzlu iranlı general Qasım Süleymanini Bağdad hava limanı yaxınlığında qətlə yetirdi. Buna cavab olaraq İran ABŞ-ın mərkəzi İraqdakı hərbi bazasına 30 ədəd raket atdı. Ölkənin şimalında yerləşən Ərbil şəhərindəki Amerika bazası da atəşə məruz qaldı. Nəticədə iki ölkə arasında münasibətlər son həddə qədər gərginləşdi. Son onilliklərdə ilk dəfə idi ki, hər iki ölkə müharibə nöqtəsinə bu qədər yaxınlaşdı.
Ayətullah Əli Xameneinin məsləhətçisi Hüseyn Dehqan deyir ki, görünür, amerikalılar Süleymanın qətli ilə bağlı intiqam alacağımızdan qorxur. Ona görə də Fars Körfəzinə 2 ədəd B-52 bambardımançı təyyarə göndəriblər: “Amerikanın bölgədəki bütün hərbi bazaları bizim raketlərin hədəfindədir. Ağ Evi tərk etməkdə olan Trampa məsləhət görərdik ki, amerikalıların yeni ilini yasa döndərməsin”.
İnqilab Keşikçilərinin baş komandanı general Hüseyn Salami Tehran Universitetində general Süleymaninin qətlinin ildönümündə deyib: “ İran düşmənə cavab verməyə hazırdır. Bu gün hər hansı bir güclə qarşılaşmaqla bağlı narahatlığımız və qorxumuz yoxdur. Düşmənə son sözümüzü döyüş meydanında deyəcəyik”. Mərhum general Süleymaninin əvəz edən general İsmayil Qahani isə bir az da uzağa gedib və ABŞ-ı terrorla hədələyib: “ABŞ-da-evin içində sizin törətdiyiniz cinayətlərə cavab vermək istəyənlər də ola bilər”.
Elbəyi Həsənli, Sürix
musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar