Xəbər lenti
Bu gün, 20:37
Bu gün, 19:28
Bu gün, 18:23
Bu gün, 16:00
Bu gün, 10:30
Bu gün, 09:21
Dünən, 22:04
Dünən, 19:32
Dünən, 14:21
ThePrint, Hindistan 16.03.2021 Müəllif: Sneheş Aleks Filip Bu günlərdə Hindistanın müdafiə sahəsinə ayırdığı vəsait yenidən gündəmə gəlib. Hindistanın keçmiş Ordu komandanı, general Ved Prakaş Malik “ThePrint’s Off The Cuff” verlişində bildirib ki, ölkəsi müdafiə sahəsinə kifayət qədər pul xərcləmir. O, Çinin müdafiə büdcəsinin Hindistanın müdafiə üçün ayırdığı vəsaitin təxminən dörd qatına bərabər olduğunu xatırladıb: “Ölkənin hərbi büdcəsi ümumdaxili məhsulun ən azı 3%-nə bərabər olmalıdır”. Hindistanın 2021-ci il üçün dövlət büdcəsi layihəsi ötən ay təqdim olunub. Orada Silahlı Qüvvələrə ayrılmış vəsaitin bir il əvvəllə müqayisədə 19% artırılacağı gözlənilirdi. Amma artım yalnız 1,5% olub. Beləliklə, ölkənin hərbi xərcləri ümumdaxili məhsulun 2,14%-ni təşkil edir. Müdafiə Nazirliyinin hərbi xərclərlə bağlı parlamentə təqdim etdiyi rəqəmləri gördükdə təəccüblənməmək mümkün deyil. Məlum olur ki, mərkəzi hökumətin bu sahəyə ayırdığı vəsaitlə Müdafiə Nazirliyinin ordunun müasirləşdirilməsi üçün istədiyi vəsait arasında böyük uyğunsuzluq var. Narendra Modi hökumətinin 2021-2022-ci ilin büdcəsində müdafiə sahəsinə ayırdığı vəsait Silahlı Qüvvələrin 7 il əvvəl, yəni 2014-2015-ci illərdə istədiyi vəsaitdən belə, azdır. Büdcə kəsirinin artması Əlbəttə, hökumət Silahlı Qüvvələr haqda da düşünməlidir. Amma bu ilin büdcəsi həqiqətən kiçikdir. Bu gün Hindistan hökuməti çoxsaylı tələbləri yerinə yetirməli, problemləri çözməlidir. Buraya sosial, iqtisadi, infrastruktur, kənd təsərrüfatı sahələrindəki ehtiyaclar da daxildir. Dünyanın hər bir ordusu böyük büdcəyə malik olmaq istəyir. Ordunun ehtiyacları hər zaman çoxdur. Bəs dövlət büdcəsi buna imkan verirmi? Bu məqamda hərbi büdcədəki kəsirdən bəhs etmək yerinə düşər. Məsələn, Hərbi Dəniz Qüvvələri ehtiyaclarının ödənməsi üçün 70,920.78 kror rupi vəsait istəyib. Amma ona bu rəqəmin heç yarısı belə, verilməyib: 33,253.55 kror rupi. Hindistan Silahlı Qüvvələri isə ordunun müasirləşdirilməsi üçün 51,492 kror rupiyə ehtiyacın olduğunu bildirsə də, ona cəmi 36,531 kror rupi vəsait ayrılıb. Gələk Hərbi Hava Qüvvələrinə – o, müxtəlif layihələrin həyata keçirilməsi üçün 77,140 kror rupi vəsait istəsə də, 53,214.77 kror rupi alıb. Hərbi Hava Qüvvələrinə ayrılan vəsaitin böyük hissəsi Hindistanın bu yaxınlarda sifariş etdiyi “Tejas” və “Rafale” təyyarələrinin alınmasına sərf olunacaq. Maraqlısı odur ki, bütün bunlar Hindistanla Çin arasındakı faktiki nəzarət xəttində təxminən son 10 ildə vəziyyətin ən çox gərginləşdiyi dövrdə baş verir. “India Legislative Research”un hesabatına əsasən, Silahlı Qüvvələr 2016-2017-ci ildə öhdəliklərinin ödənilməsi üçün 73,553 kror rupi vəsait tələb edibmiş. Həmin vaxt hökumət ona 62,619 kror rupi ayırmışdı. Demək, o zaman hərbi büdcə kəsri 15% olub. 2019-2020-cu illərdə isə bu kəsir 29%-dək artıb. Həmin il Silahlı Qüvvələrə 80,959 kror rupi vəsait verilmişdi. Halbuki, tələb olunan 113, 667 kror rupi idi. Doğrudur, Modi hökuməti dövründə Hindistanda müdafiə sahəsinin müasirləşdirilməsi daha geniş vüsət alıb. Bu məqsədlə qısa zamanda bir sıra müqavilə imzalanıb. Amma bir məsələni anlamaq lazımdır: çox xərcləmək həll yolu deyil. Əsas odur ki, vəsait düzgün xərclənsin. Odur ki, Hindistan hərbi xərcləri ağıllı idarə edə bilməsi üçün bu yaxınlarda bir-biri ilə müharibə aparmış Ermənistanla Azərbaycana nəzər yetirə bilər. Hərbi xərclərin ağılla idarə olunması dərsi İsveçin Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, Azərbaycan 2009-2018-ci illər arasında müdafiə sahəsinə təxminən 24 milyard dollar xərcləyib. Eyni dövrdə Ermənistanın müdafiə xərcləri 4 milyard dollardan bir qədər çox olub. Amma bu müddət ərzində Ermənistan dövlət büdcəsindən hərbi xərclərə daha çox vəsait ayırıb. Məsələn, 2018-ci ildə bu ölkənin dövlət büdcəsinin 21%-i hərbi xərclərə ayrılıb. Halbuki, Ermənistan əhalisinin dörddə biri yoxsuldur. Neft gəlirlərinə arxalanan Azərbaycan isə həmin vaxt dövlət büdcəsinin yalnız 11%-ni hərbi xərclərə ayırmışdı. Azərbaycanın daha bir ağıllı addımı təkcə silah arsenalını artırmaqla kifayətlənməməsidir. Ötən dövrdə o, həm də hərbi avadanlıqlar idxal etdiyi ölkələrin siyahısını genişləndirib. Ermənistan isə silah idxalında əsas diqqətini Azərbaycana da hərbi avadanlıqlar tədarük edən Rusiyaya yönəldib. Azərbaycanın silah aldığı ölkələr arasında Rusiya ilə yanaşı, Türkiyə ilə İsrail də var. Müharibə və Sülh Araşdırmaları İnstitutunun məlumatlarına əsasən, “İsrail 2015-2019-cu illərdə silah idxalına görə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub. Bu dövrdə İsrailin Azərbaycanın silah idxalındakı payı 60%, Rusiyanın 31%, Türkiyənin isə 3,2% təşkil edib. Yerdə qalan 5,8% Ukrayna, Belarus, Pakistan və Çinin payına düşüb”. Bu o deməkdir ki, Bakı hərbi avadanlıqlar idxal etdiyi ölkələrin siyahısını şaxələndirməyə nail olub. Bəli, Bakı son müharibənin gedişini məhz Türkiyənin “Bayraktar TB2” və İsrailin “Heron-TP” dronları kimi silahlar hesabına öz xeyrinə dəyişə bilib. Müharibə və Sülh Araşdırmaları İnstitutunun hesabatında o da qeyd edilir ki, “Azərbaycan hökuməti hərbi sahədə idxal üçün tərəfdaş seçərkən siyasi müttəfiqlərə üstünlük verir. Beləliklə, Azərbaycan üçün 2010-2015-ci illərdə Rusiya, 2015-2019-cu illərdə İsrail, 2020-ci ildə isə Türkiyə əsas tərəfdaş olub”. Maraqlıdır ki, Ermənistan müəyyən dövrdə Azərbaycan üzərində hərbi üstünlüyə malik olub. Ermənistan müdafiə nazirinin birinci müavini olmuş David Tonoyan hələ 2010-cu ildə bildirmişdi ki, ölkəsi Azərbaycanın hərbi xərclərinin artmasına cavab olaraq daha az xərclər hesabına daha effektli ordu yaratmaq niyyətindədir. Məsələ ondadır ki, son illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunu geri qaytarmaq, Ermənistanla danışıqlar prosesində təsir rıçaqlarını gücləndirmək, lazım gələcəyi təqdirdə isə müharibəyə başlamaq üçün güclü ordu yaratmağa çalışır. Bir sözlə, əsas məsələ çox xərcləmək yox, büdcənin imkanları çərçivəsində vəsaiti ağıllı xərcləməkdir. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər