
Xəbər lenti
Dünən, 23:30
Dünən, 21:48
Dünən, 14:18
Dünən, 13:58
Dünən, 12:30
Dünən, 11:28
9-09-2025, 23:30
9-09-2025, 22:55
9-09-2025, 21:42
9-09-2025, 20:46
9-09-2025, 19:30
9-09-2025, 19:00
9-09-2025, 17:07
9-09-2025, 16:00

Stefan Blank təklif edir ki, ABŞ Ukraynaya son modifikasiyadan olan 100 F-15 ağır qırıcı-bombardmançısı, 6-8 ədəd E-2C-2000 kəşfiyyat təyyarəsi və 8-12 ədəd havada yanacaqdolduran KS-135R təyyarəsi satmalıdır. Analitik bu haqda Atlantic Council-in saytında dərc edilmiş məqaləsində bildirir.
“Ukrayna Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi zərurəti Bayden administrasiyasına Moskvaya həm real strateji mənada, həm uzunmüddətli təbliğat müharibəsində real əzab vermək imkanı yaradır”,-analitik qeyd edir.
Blank bildirir ki, ABŞ-ın 2014-cü ildən bəri Ukraynaya göstərdiyi hərbi yardımlar faydalı olub, amma əsasən simvolik əhəmiyyət daşıyıb. Ukrayna Hərbi Hava Qüvvələrinə kömək isə minimal olub, bura heyət üzvləri üçün şlemlər və uçuş-enmə zolağının təmiri üçün komplektlər daxildir. Hansı ki, bunları real hərbi yardım adlandırmaq olmaz.
“ABŞ tərəfindən maliyyələşdirilən yardım paketi və ya “lend-liz” (“istifadə elə-qaytar”) proqramı çərçivəsində 100 və daha çox F-15 qırıcı-bombardmançısı, 6-8 ədəd E-2C-2000 Hawkeyes kəşfiyyat təyyarəsi, 8-12 ədəd KS-135R hava tankeri, habelə Link-16 verilənlərin ötürülməsi terminalları, ağıllı döyüş sursatları, qanadlı raketlər və kəşfiyyat avadanlıqlarımın Ukraynaya verilməsi Moskvaya birmənalı siqnal göndərərdi. Və onun gələcəkdə istənilən müdaxilə planının qarşısını almağa imkan verərdi”,-Stefan Blank yazır.
Onun fikrincə, Ukraynaya habelə hava hücumundan müdafiə sistemlərinin verilməsi üçün potensial imkanlar da var. Ekspert hesab edir ki, həmin konservə edilmiş F-15 C/D təyyarələrini saxlancdan çıxarmaq və modernizasiya edərək Ukraynaya göndərmək olar. Alternativ qismində isə ABŞ Ukraynaya daha müasir versiyalar olan F-15QA və ya F-15EX təyyarələrini göndərə bilər.
“Ukrayna HHQ-nin möhkəmləndirilməsi Bayden administrasiyası üçün ABŞ-ın Rusiyanın Şərqi Avropadakı hərəkətləri ilə barışmayacağını göstərmək üçün güclü imkan olacaq”,-müəllif yazır.
Virtualaz.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar