Xalça var, adamı başqa diyarlara aparır, xalça var, adamı öz diyarına qaytarır.
Sözsüz ki, adamı başqa dünyalara aparan xalçalar barədə əhvalatları Azərbaycan xalq nağıllarından oxuyurduq. Müasir çağımızda isə adamı uzaqlardan qaytaran xalçalar da peyda olub – özü də real dünyada.
Bu gün Azərbaycan Prezidentinin imzaladığı bir fərman da “uçan xalça” ilə əlaqədardır.
Ovqat.com xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova geri çağırılıb
Bu Sərəncamın xalça ilə əlaqəsinə gəlincə, ötən il dərc etdiyimiz “Xanımda fərasətə bax” sərlövhəli yazımızı oxusanız, “uçan xalça”nın hikmətinə vaqif ola bilərsiniz.
Xanımda fərasətə bax: Bir oğurluq xalçaya bir villa alıb
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər