ABŞ-ın “erməni soyqırımını” tanıması “kökə və dəyənək” siyasətinin təzahürüdür.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Düşünürəm ki, böyük ehtimalla “soyqırım”ın Vaşinqton tərəfindən tanınması daha çox “kökə və dəyənək” sevimli oyununun tərkib hissəsidir.
Bu, erməni xalqına mərhəmət göstərilməsi, Ermənistan tarixinin dərindən başa düşülməsi istəyi deyil”, – deyə o bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər