Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
BMTM Ermənistanda Azərbaycanafobiya və nifrət nitqi ilə bağlı hesabat hazırlayıb.
Ovqat.com-un məlumatına görə, hesabatda "üstün xalq" təbliğatının və bu baxımdan azərbaycanlılara qarşı ədavətin xüsusilə sosial şəbəkələrdə artmasına xüsusi yer verilib.
Rus dilində hazırlanan "Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi" sərlövhəli hesabatda əsasən Ermənistan cəmiyyətində Azərbaycana qarşı davam edən düşmən münasibətin və Azərbaycanafobiyanın daha da genişlənməsindən bəhs olunub. Vurğulanıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl və post-müharibə dövründə əhali arasında və mediada başqa millətlərə və irqlərə qarşı ayrı-seçkilik, ksenofobiya və ədavət dilindən istifadə olunub. Hesabatda azərbaycanlılara qarşı düşmən münasibətin təzahür formaları ətraflı şəkildə təhlil olunub və bunun müharibədən sonrakı dövrdə daha geniş yayılması qeyd edilib.
Araşdırmada nifrət nitqinin səbəblərindən biri kimi əsrlərdir "qədim erməni xalqı" ideyasının millətin beyninə yeridilməsi olduğu yazılıb və erməni xalqının başqa xalqlardan üstünlüyünü aşılamaqla bağlı məktəb dərsliklərində aşkar edilmiş faktlar barədə də məlumat verilib. Qareqin Njde tərəfindən təməli qoyulan və erməni xalqının üstünlüyünü əks etdirən "Tsexakron" nəzəriyyəsinin bu gün də erməni liderləri və cəmiyyətin digər nüfuzlu şəxsləri tərəfindən geniş istifadə olunduğuna diqqət çəkilib.
Araşdırmanın tezliklə ingilis dilinə tərcümə olunaraq daha geniş ictimaiyyətə və oxucu kütləsinə təqdim edilməsi planlaşdırılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar