Ağdamın coğrafi mövqeyi və əlverişli iqlimi onun böyük potensialını səfərbər etmək üçün hər cür şans verir.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri
Savelyev Azərtac-a deyib.
"Əlbəttə, 30 ildən sonra hətta sıfırdan da aşağı səviyyədən başlamaq olduqca çətindir. Lakin mən əminəm ki, Azərbaycan xalqının əməksevərliyi
vaxtilə gözəl şəhər olan Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək. Qaçqınlar doğma yurdlarına qayıda biləcək və gözəl nar bağları
yenidən göz oxşayıb, qəlbləri sevindirəcək", - Savelyev qeyd edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər