Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Ermənistan xarici işlər naziri Ara Ayvazyan mayın 19-da Düşənbədə keçiriləcək Kollektiv Təhlükəszilik Müqaviləsi Təşlkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Ermənistan toplantıda KTM üzvlərinin diqqətini mayın 12-də Azərbaycanla dövlət sərhədinin Qaragöl istiqamətində baş verən hadisəyə yönəltməyə çalışacaq.
Xatırladaq ki, KTMT baş katibi, Belarus generalı Stanislav Zas təşkilatın Azərbaycan-Ermənistan dövlət sərhədində hadisələrin inkişafını yaxından izlədiyini və bu məsələni Düşənbədə müzakirə edəcəyini bildirib.
Bundan əvvəl Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan həm Belarus Prezidenti Aleksandr Lukaşenkoya, həm də Qırğızıstan Prezidenti Sadir Japarova zəng edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramov KTMT üzvü olan ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb, Qaragöl ətrafında baş verənlərlə bağlı Ermənistanın təqdim etdiyi yalan, saxta məlumatlara aydınlıq gətiriblər.
Qırğızıstanın xarici siyasət və regional təhlükəsizlik üzrə mütəxəssisi, BMT-nin xüsusi siyasi missiyasının keçmiş siyasi direktoru, keçmiş prezidentliyə namizəd Taalatbek Masadykov Caliber.az-a verdiyi müsahibəsində Ermənistanın hadisəyə həddindən artıq emosional reaksiya verdiyini qeyd edib:
- Əslində, Azərbaycanın sərhəd qoşunlarının qonşu ölkənin ərazisinə girmiş olsaydı, Rusiya tərəfi bunu qeyd edib təsdiqləyə bilərdi. Ancaq Xarici işlər naziri Sergey Lavrovun Kremlin sərhəd demarkasiyası və delimitasiyası prosesində kömək göstərməyə hazır olduğunu söylədiyini görürük. O, həm də vasitəçi, konsaltinq xidmətləri götərməkdən danışıb. Şübhəsiz ki, Moskva tərəfi kartoqrafik materiallar təmin edə bilər.
Həm Bakı, həm də İrəvan nələrin baş verdiyini yaxşı bilir. Azərbaycan tərəfi məsuliyyətlə bildirir ki, heç bir işğal olmayıb, sərhəddi öyrənmək və delimitasiyaya hazırlaşmaq üçün normal texniki işlər gedir. Bu kimi məsələlər qısa müddətdə tərəflər arasında işçi qaydasında həll olunmalıdır.
- Ermənistanın KTMT-yə müraciəti və bu təşkilatın reaksiyası barədə nə düşünürsünüz?
- Erməni tərəfi münaqişəni həll etmək üçün həm Kremlə, həm də KTMT-yə üz tutdu. Ancaq heç bir münaqişə yoxdur! KTMT-nin müdaxilə etməsi ehtimalı azdır, çünki bu strukturda qərarlar konsensusla verilir. Bundan əlavə, bütün KTMT üzvləri mövcud vəziyyətin səbəblərini və tarixini yaxşı bilirlər. Unutmamalıyıq ki, KTMT-də iştirak edən iki dövlət - Qırğızıstan və Qazaxıstan da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında dediyim kimi, qərarlar yalnız konsensusla qəbul olunur.
Ayrı-ayrılıqda qeyd edirəm ki, son illərdə Türk Şurasına üzv dövlətlər əlaqələri dərinləşdirdilər və yalnız mədəni məsələləri deyil, təhlükəsizlik mövzusunu da ciddi şəkildə müzakirə etdilər. Təbii ki, bu məsələ KTMT-də müzakirə olunacağı təqdirdə Bişkek və Nur-Sultan qərarlara təsir edəcəklər.
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar