Xəbər lenti
Bu gün, 09:41
Dünən, 21:48
Dünən, 17:26
15-01-2025, 23:34
15-01-2025, 21:40
15-01-2025, 20:37
15-01-2025, 19:28
15-01-2025, 18:23
15-01-2025, 17:30
15-01-2025, 16:14
15-01-2025, 16:00
Azərbaycanın Baş nazirinin rəhbərliyi altında nümayəndə heyətimizin Rusiyaya səfəri erməni mediasının da diqqət mərkəzində olub.
Ovqat.com-un məlumatına görə, bəzi erməni sosial şəbəkə qrupları Əli Əsədovun guya rusiyalı həmkarı Mixail Mişustinə Moskvanın 44 günlük savaşda Azərbaycana verdiyi dəstəyə görə təşəkkür etdiyini yazıblar və bunu rəsmi Bakının “çox önəmli etirafı” adlandırıblar.
Doğrusu, Əli Əsədovun nitqinin qüsurluluğunu, Rusiyaya duyduğu ifrat sevgisini və Baş nazir kimi Moskvaya ilk səfərindən dolayı həyəcana qapıla biləcəyini nəzərə alıb ermənilərin irəli sürdüyü bu iddiaya az qala inanmağımız gəlmişdi. Lakin “düşmən sözünü eşit, amma inanmamışdan əvvəl yoxla” prinsipini əldə rəhbər tutduğumuzdan Əli Əsədovun Rusiyalı həmkarı ilə söhbətinin stenoqramını incələməyə qərar verdik. Əli müəllimin Mişustinə “bəy tərifi”nin sadəcə bu sözlərdən ibarət olduğunu gördük: “Siz toxundunuz, mən də Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin mövqeyini qeyd etmək istərdim: biz 44 günlük müharibə zamanı Rusiya Federasiyasının oynadığı rolu yüksək qiymətləndiririk”.
Göründüyü kimi, Əli Əsədovun “bəy tərifi”ndə Rusiyanın 44 günlük müharibə zamanı Azərbaycana dəstək verdiyi barədə tək kəlmə də yoxdur. O sadəcə, Rusiyanın bu müharibə zamanı oynadığı rolu yüksək qiymətləndirib. Baxmayaraq ki, bu sözdə də xeyli “əmma”lar var. Məsələn, o, yüksək qiymətləndirdiyi hansı roldan danışır? Olmaya, rus “sülhməramlı”larının Azərbaycan ordusuna Xankəndini və Qarabağın digər bölgələrini işğaldan azad etməsinin qarşısını almasınımı nəzərdə tutur? Yoxsa Əsədovun aləmində müharibə boyunca Rusiyadan Ermənistana verilən silah-sursatlar bizim üçün təqdirəlayiq haldı? Ya Prezidentin də dediyi kimi, Şuşanın işğaldan azad olunduğu gün şəhərə İsgəndər-M raketinin atılması və indiyədək İlham Əliyevin suallarına cavab verilməməsi üçün Əli Əsədov Rusiyaya təşəkkür etməyi özünün mənəvi borcu sayır? Türklər demişkən, pək əla, bəs öz “minnətdarlığını” niyə Prezident İlham Əliyevin mesajı kimi həmkarına sırıyır?
Yəqin ki, Əli Əsədov bu sualların cavabını onu adından istifadə etdiyi şəxslərə verəcək. Biz isə bütün bunları Baş nazirimizin Rusiyaya ilk səfərində qapıldığı həyəcana bağlayırıq. Əsas odur ki, ermənilərin dediyi kimi, Rusiyanın 44 günlük müharibədə bizə yardım etdiyini deməyib.
İndisə, Rusiya və Azərbaycan Baş nazirlərinin danışıqlar zamanı səsləndirdikləri fikirlərin yazılı mətnini təqdim edirik. Aşağıdakı linki tıklayaraq, ermənilərin Baş nazirimizə şər atdığını siz də görə bilərsiniz.
Российско-азербайджанские переговоры
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər