Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu rəsmi Bakının işğal olunmuş ərazilərini geri qaytarması ilə nəticələnən Qarabağ müharibəsi bitdikdən sonra baş verən prosesləri müşahidə edən bir çox ekspertdə çoxdandır şübhə doğurur”.
Bunu “Report”a millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı şərh edərkən deyib.
Politoloqun fikrincə, bu cür təxribatlar qəsdən törədilir: “İrəvan seçkilərdən əvvəl daxili siyasi qarşıdurma ilə sarsılır və bu cür təxribatlar Paşinyanın 2020-ci ilin noyabrında imzalanan razılaşmalara tam əməl etməsini istəməyən qüvvələrə sərf edir”.
Bu vəziyyətdə Azərbaycanın mövqeyini şərh edən ekspert rəsmi Bakının ünvanına ittihamlar yönəlməsinə əsas vermədən özünü kifayət qədər təmkinli apardığını qeyd edib.
“Gərginlik ən azı İrəvandakı seçkilərə qədər qalacaq” deyən Y.Mixaylov regiondakı sabitliyin qarantı olaraq Rusiyanın vəziyyətin normallaşmasına kömək edə biləcəyini də əlavə edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar