Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
44 günlük II Qarabağ savaşında darmadağın olan işğalçı Ermənistan minaladığı Azərbaycan ərazilərinin xəritəsini qalib tərəfə verməmək israrını davam etdirir. Bu məsələ də hər keçən gün aktuallığını artırır. Çünki xəritələr həmin ərazilərə gedənlərin, ilk növbədə, oradakı hərbçilərin və mülki vətəndaşlarımızın həyatına hər an təhlükədir.
Bir neçə gün öncə iki jurnalistimizin və kənd icra nümayəndəsinin müavininin mina partlaması nəticəsində həyatlarını itirmələri dediklərimizə əyani sübutdur. Beynəlxalq aləm də bu məsələdə ikili standartlardan çıxış edir. Hətta bəzi hallarda nüfuzlu beynəlxalq qurumlar Avropa Parlamenti səviyyəsində həyasızcasına Azərbaycanın müharibədən sonra ələ keçirdiyi erməni terrorçuları geri qaytarmağı tələb edirlər.
Mina xəritələrini almaq üçün daha çox iki təklif irəli sürülür:
Beynəlxalq təzyiqi təşkil etmək.
Ermənistanı özümüz sıxışdırmaq.
Bəlkə Ermənistan xəritəni verməməklə bizim onlara qarşı yaxın gələcəkdə atacağımız addımı - kompensasiya davasını qabaqlamaq istəyir? Azərbaycan xəritə müqabilində Ermənistana nə verə bilər?
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan xəritələri özü almalıdır: “Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana könüllü, yaxud hansısa çağırışların qarşılığında verəcəyini gözləmirəm. Bununla bağlı rəsmi İrəvana ciddi beynəlxalq təzyiqlərin olacağı da inandırıcı deyil və Azərbaycanda buna kiminsə inandığını düşünmürəm. 30 ilə yaxın bir zaman ərzində Azərbaycan torpaqlarının işğalına, 1 milyona yaxın həmvətənimizin öz evlərindən didərgin düşməsinə, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım aktlarının həyata keçirilməsinə, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, saysız-hesabsız müharibə cinayətlərinə, terror aktlarına göz yuman ”beynəlxalq birlik" deyilən absurd və onurğasız ünvandan ədalət gözləməyə dəyməz. Torpaqlarımızı işğaldan özümüz azad etdiyimiz kimi, minalanmış ərazilərin xəritələrini də onlardan özümüz almalıyıq. Digər tərəfdən, zərrə qədər şübhə etmirəm ki, həmin ərazilərin xəritələri Rusiya Müdafiə Nazirliyində və bu ölkənin sülhməramlılarında da var.
Elçin Mirzəbəyli
Məlum olduğu kimi, Rusiya sülhməramlıları ərazilərimizə daxil olduqları zaman kəsiyində çox qısa bir vaxtda həm “Laçın dəhlizi”ni, həm də müşahidə apardıqları, yük daşıdıqları əraziləri minalardan təmizlədilər. Bu isə xəritələrin onlara verildiyini sübuta yetirən məqamlardan biridir. Bu baxımdan xəritə məsələsində Ermənistanla yanaşı Rusiya da manipulyasiya edir. Hətta bu xəritələr Ermənistan tərəfindən Rusiyaya verilməsə də belə - hərçənd ki, bunu inandırıcı hesab etmirəm - Kremlin bu problemi qısa bir müddətdə həll etmək imkanları var. Ermənistan rəhbərliyi isə seçki öncəsi reytinqinin artmasına xidmət edən hər hansı bir qarşılıq olmadan xəritələri verməyəcək. Problemin seçkidən sonrakı həlli isə yeni siyasi konfiqurasiyadan asılı olacaq. Düşünürəm ki, minalanmış ərazilərin xəritələri ilə bağlı məsələnin bizim üçün həyati əhəmiyyət kəsb etdiyini önə çəkməklə, məğlub Ermənistanın qismən də olsa özünə gəlməsinə zəmin yaradırıq. Ermənistan üçün hər gün yeni problemlər yaratmaq, bu ölkənin gündəminin daim gərginlik içərisində olmasına çalışmaq lazımdır".
Akif Nağı: “Bu murdarların xəritəsinə də ehtiyac qalmayacaq”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikirləri bir qədər fərqlidir. O düşünür ki, beynəlxalq aləmin təzyiqləri nəticəsində ermənilər xəritələri verəcəklər: “Mina xəritələri məsələsi artıq beynəlxalq səviyyəyə çıxıb. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bu məsələni gündəmə gətirirlər. ABŞ administrasiyası rəsmisi Filip Riker də Bakıya səfəri çərçivəsində xəritələrin verilməsinin vacibliyini vurğuladı. Kəlbəcərdə 3 mülki şəxsin, o cümlədən jurnalistlərin qətli ilə nəticələnən mina partlayışı da diqqəti bir daha bu vacib məsələyə cəlb etdi. Belə görünür ki,
Azərbaycan nəticəyə nail olmaq üçün beynəlxalq təzyiqin təşkilinə üstünlük verir. Bu istiqamətdə müəyyən nəticələr də var. Erməni tərəfi xəritələrin müqabilində ”erməni əsirlər"in qaytarılması şərtini qoyur. Bu isə qəbuledilməzdir. Azərbaycan düzgün olaraq bu iki məsələnin eyniləşdirilməsi ilə razılaşmır. Məncə, beynəlxalq təzyiqlər artdıqca ermənilər xəritələri verməyə məcbur olacaqlar. Digər təzyiq vasitələrindən də istifadə oluna bilər. Məsələn, Azərbaycan Rusiya qarşısında Laçın dəhlizinə ən azından birgə nəzarətlə bağlı məsələ qaldırmalıdır. Laçın dəhlizi ermənilər üçün “nəfəslik” rolunu oynayır. O cümlədən terrorçular və təxribatçılar da bu yoldan “nəfəslik” kimi istifadə edirlər. Bu istiqamətdə Azərbaycan nəzarəti ələ alarsa, ermənilər bütün məsələlərdə, həmçinin xəritələr məsələsində daha yumşaq mövqe tutmalı olacaqlar. Ən əsası isə odur ki, ermənilər mina xəritələrini verməməklə Azərbaycana qarşı müharibəni minalarla davam etdirməyə cəhd göstərir. Ona görə də Azərbaycan 44 günlük savaşda olduğu kimi düşmənin bütün cəhdlərinin qarşısını almalıdır. Onda bu murdarların xəritəsinə də ehtiyac qalmayacaq. Sonda vurğulamaq istəyirəm ki, Azərbaycan mina təmizləmənin ən müasir üsullarından istifadə etməklə nəticəyə nail olmalıdır. Həmişə ən yaxşı çıxış yolu özünə güvənməkdir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar