Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
Ermənistan iqtidarı Geqarkunik vilayətində Azərbaycanla sərhəd bölgələrdə rus sülhməramlıların yerləşdirilməsini təklif edib. Baş qərargah rəisi Artak Davtyan bununla bağlı danışıqların aparıldığını təsiqləyib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə öz növbəsində Sünik vilayətindəki hüdudlarda rus hərbçilərinin yerləşdirildyini bildirib.
Erməni siyasi icmalçıları bunun dövlətin çarəsizliyi və situasiyaya təsir imkanlarının olduqca məhdudluğu ilə izah edirlər.
Məsələn, Qafqaz institunun direktoru, politoloq Aleksandr İsgəndəryan “Kavkazskiy uzel” saytına açıqlamasında Nikol Paşinyanın seçkidən öncə də bu məsələdə ardıcıl siyasət yürütdüyünü deyib.
Erməni ekspertin fikrincə, Ermənistanın Azərbaycanla danışıqlarda milli maraqları qorumaq üçün resursları yoxdur. Paşinyanın bu məsələdə uzlaşmaçılığı isə Dağlq Qarabağda uduzulan müharibə ilə əlaqədardır. “Demarkasiya və delimitasiya hüquqi bir prosesdir və Ermənistan əslində bu sazişi imzalamaya da bilər. Lakin bundan sonra erməni tərəfini imzalamağa məcbur etmək üçün hansı təzyiq fomalarında istifadə ediləcək, bu artıq başqa məsələnin mövzusudur”,-deyə o, qeyd edib.
Ermənistanın politoloqlar assosiyasiyasının sədr müavini Andrias Qukasyan isə səhrədlərdəki gərginliyin süni şəkildə yaradıldığını iddia edib.
“Azərbaycan qoşunlarının Sünik və Geqarkunik daxil olması (Azərbaycanın qanuni hüdudlarını bərpa etməsi-red.) əsində seçiciləri qorxutmaq və bununla ictimai rəyə təsir göstərmək üçün idi”,-deyə A.Qukasyan iddia edib.
Onun rəyinə əsasən, əslində Nikol Paşinyannın demarkasiya və delimitasiya məsələsi üzrə daışıqlarda mövqeyi belə yoxdur. “N.Paşinyan sadəcə olaraq icraçı rolunu oynayır, bütün danışıqlar Azərbaycan və Rusiya arasında aparılır. Hər şey, o cümlədən nəqliyyət koridorları seçkidən qabaq razılaşdırılıb.Seçkilər baş nazirə məsuliyyəti seçicilərin üzərinə qoymaq üçün lazım idi”,-deyə A.Qukasyan söyləyib.
Erməni ekspertin fikrincə Sünikdəki etirazlar Nikol Paşinyan və Robert Köçəryan tərəfindən əvvəlcədən hazırlanmış şou olub. “İndi aydın olur ki, Köçəryan özünə qarşı cinayət təqibinə son verilməsinin müqabilində seçkilərdə “xoxan” rolunu oynamağa razılıq verib”,-deyə o, bildirib.
“Lragir.am” saytının siyasi icmalçısı Naira Ayrumyan da yeni parlamentin hazırkı tərkibinin əvvəlcədən hazırlandığını və Rusiyanın himayəsi altında yeni “üçtərəfli” sazişlərin imzalanması üçün quruluğunu iddia edib.
Onun sözlərinə görə, Paşinyan təslimçi yarğısından deyil, “satqınlıq” və “pulla ələ alınan” ittihamından qorxur.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar