Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
“Erməni yaraqlılarının Şuşada və Kəlbəcərdə Azərbaycan hərbi qüvvələrinə atəş açması faktiki olaraq 10 noyabr Bəyanatının tələblərinin pozulması deməkdir. Ən pisi isə odur ki, bütün bunlar rus “sülhməramlı”larının cavabdehlik daşıdığı ərazidə baş verir və istər-istəməz onların 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərini layiqincə yerinə yetirməsi ehtimalına kölgə salır”.
Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov sərhədlərimizdə baş verən hadisələri şərh edərkən belə deyib.
Partiya sədri xatırladıb ki, 10 noyabr Bəyanatında həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya öz üzərinə müəyyən öhdəliklər götürüb: “Öhdəliklərdən biri də rus sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsinə paralel olaraq erməni silahlılarının ordan çıxarılmasını nəzərdə tutur. Bəyanatın 4-cü maddəsində öz təsbitini tapan bu öhdəliyin yerinə yetirilməməsi ortadadır. Hətta erməni tərəfi qondarma “QDR” “Müdafiə Nazirliyi” adından bəyanat yayır ki, guya ilk atəş açan tərəf onlar yox, biz olmuşuq. Elə bu faktın özü Qarabağ ərazisində erməni yaraqlılarının hələ də qalmasının açıq etirafıdır və 10 noyabr Bəyanatının 4-cü maddəsinin pozulmasına dəlalət edir”.
İlyas İsmayılovun fikrincə, ermənilərin bu “azğınlığı” təkcə özlərinin öhdəlik borcunu yerinə yetirmədiyini göstərməklə qalmır, həm də rus “sülhməramlı”larının fəaliyyətini şübhə altında qoyur və Azərbaycan hakimiyyətinin 10 noyabr bəyantını qüvvədən düşmüş sayması üçün əsas yaradır: “10 noyabr Bəyanatı onu imzalayan tərəflər üzərində müəyyən öhdəliklər qoyduğu üçün müqavilə statusundadır. Beynəlxalq hüquqa görə, müqavilələrin tələblərinin tam şəkildə icra olunmaması ona xitam verilməsi üçün zəmin hazırlayır. Ermənilərin atəşkəs rejimini pozması və Qarabağda hələ də öz yaraqlılarını saxlaması 10 noyabr bəyanatının icra olunmaması deməkdir və Azərbaycan hakimiyyəti zəruri addımlar atmalıdır. Bunun üçün ilk növbədə Rusiyadan öz sülhməramlılarını geri çəkməsini tələb edilməli və dərhal antiterror əməliyyatına başlanılmalıdır”.
Həmsöhbətimizin fikrincə, ermənilərin Zəngəzur dəhlizini açmayacaqlarını açıq şəkildə bəyan etmələri də 10 noyabr bəyanatına ziddir: “Çünki Bəyanatın 9-cu maddəsində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Rəsmi İrəvan isə dəfələrlə Naxçıvanla nəqliyyat əlaqəsini açmayacaqlarını vurğulayıb. Bu da onların 10 noyabr Bəyanatından imtina etməsi deməkdir. Biz isə bu bəyanata sədaqət nümayiş etdirərək Qarabağın erməni işğalında qalan hissəsi ilə Ermənistan arasında Laçın dəhlizinə toxunmuruq. Halbuki işğalçıya bu hüququ verməyin özü belə, nə beynəlxalq qanunlara, nə məntiqə, nə də siyasi uzaqgörənliyə sığır. Azərbaycan hökuməti bu bəyanata imza atmaqla xalq və tarix qarşısında böyük məsuliyyət daşıyır. Ataların gözəl bir sözü var: “ziyanın yarısından qayıtmaq da faydalıdır”. Üstəlik, bu hüququ bizə ermənilərin özbaşınalıqları verir. Azərbaycan hakimiyyəti beynəlxalq hüququ əldə rəhbər tutub ərazilərimizdəki xarici silahlı qüvvələrin çıxarılması məsələsini qaldırmalı və antiterror əməliyyatlarına başlamalıdır. Lazım gələrsə, bu məsələdə strateji müttəfiqlərimizdən də hərbi dəstək alınmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar