Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanla Rusiyanın Qarabağda sülhməramlı missiyasının komandanı general-leytenant Rüstəm Muradov görüş keçiriblər.
Ovqat.com erməni sosial mediasına istinadən xəbər verir ki, tərəflər “cari məsələləri” müzakirə ediblər və erməni hərbi əsirlərinin geri qaytarılmasının vacibliyini vurğulayıblar.
Ədalət partiyasının sədri İlyas İsmayılov rus generalının bu mövqeyini şərh edərək deyib:
“Təyinatına uyğun olaraq, tərəfsizliyini qorumaq öhdəliyi daşıyan “sülhməramlı” generalın bu mövqeyi nə Ermənistanla Azərbaycan arasındaki konfliktlərin səngiməsinə, nə də Rusiya ilə sağlam münasibətlərimizin qorunmasına xidmət edir. Rus general anlamalıdır ki, 30 il torpağımızı işğalda saxlayan və I Qarabağ savaşında 4500 əsirimizin meyitini belə Azərbaycana qaytarmayan ermənilərə birtərəfli güzəşt tələb etməsi heç bir normalara sığmır və rəsmi Bakını Moskva ilə əlaqələrinə yenidən baxmağa gətirib çıxara bilər. İndiki şəraitdə regional əməkdaşlıqlara və birgə fəaliyyətə hər kəsdən daha çox ehtiyacı olan Rusiyanın “sülhməramlı” generalının Cənubi Qafqazın ən güclü subyektini narazı salması ilk növbədə xidmət etdiyi dövlətin maraqlarına uyğun deyil”.
“Ədalət” sədrinin fikrincə, hazırda Azərbaycanda hər hansı erməni əsiri yoxdur: “Bakı dəfələrlə yaydığı rəsmi açıqlamalarında 10 noyabr Bəyanatından əvvəl əsir düşmüş bütün erməni hərbçilərini geri qaytardığını bildirib, Bəyanatdan sonra ələ keçirilmiş düşmən qüvvələrinin isə terrorçu olduğunu vurğulayıb”.
Qeyd edək ki, XİN-nin bu yaxınlarda yaydığı açıqlamada deyilirdi:
“Ermənistan hökuməti, həbslərin edildiyi konteksti qarışdırmağa çalışır. Qarşıdurmanın bitməsini ehtiva edən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Sözügedən üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir deyillər və hesab edilə bilməzlər”.
XİN-nin bu bəyanatını xatırladan partiya sədri bildirib ki, rus generalı faktiki olaraq bizdən terrorçuları azadlığa buraxılmasını tələb edir və Muradovun bu tələbi dövlət ənənələri ilə bir araya sığmir. İ.İsmayılovun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyi Muradovun bu bəyanatını əsas götürüb BMT-nin Baş Assambleyasını Rusiyanı terrorçuları müdafiə edən dövlət kimi qınamağa çağırmalıdır: “Ümidvarıq ki, rəsmi Bakının sözügedən təşəbbüsünə Ukrayna, Gürcüstan və Moldova da qoşula və bu ədalətli mövqe dünyanın əksər böyük dövlətləri tərəfindən dəstəklənə bilər. Rəsmi Bakı bu imkanını fövtə verməməli və Moskvanın təzyiqlərini beynəlxalq birliyin köməyi ilə zərərsizləşdirməyə çalışmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar